Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » QMİ sədri: “Azərbaycan düşmənlərin iki ölkə arasına nifaq toxumu səpməsinə icazə verməyəcək”
20.05.13 15:34

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İranda səfərdədir. APA-nın İRNA-ya istinadən məlumatına görə, səfərdə Azərbaycan-İran Parlamentlərarası Dostluq Qrupunun üzvləri də iştirak edir. Mayın 19-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşüb. S. Cəlili bildirib ki, İranla Azərbaycan arasındakı əlaqələr dərin və köklüdür: “İran Azərbaycanın müstəqilliyini, sabitliyini və inkişafını öz sabitliyi və inkişafı hesab edir. İran keçmişdə olduğu kimi, indi və gələcəkdə də Azərbaycana əlindən gələn hər cür yardımı göstərəcək”.
Onun sözlərinə görə, Azərbaycandakı dini və islami potensiallar bu ölkənin təhlükəsizliyi, inkişafı və bütövlüyünü qorumaq üçün əsasdır: “Bu potensiallardan faydalanmaqla problemləri həll etmək lazımdır”.
İran rəsmisi deyib ki, dünyanın süpergücləri terrorizm və demokratiyanı bəhanə edərək ixtilaf və qeyri-sabitlik yaratmağa çalışırlar: “Bölgə ölkələri potensiallarından faydalanmaqla həmin supergüclərin planlarını boşa çıxarmalıdır”.
A. Paşazadə isə öz növbəsində vurğulayıb ki, Azərbaycanla İran arasındakı əlaqələr qardaşlıq münasibətlərinə və tarixi bağlara söykənir: “Azərbaycan düşmənlərin iki ölkə arasına nifaq toxumu səpməsinə icazə verməyəcək”.
URL / WWW
http://kelam.az/article/a-7984.html