Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » İsa Muğannanın 85 illik yubileyi münasibətilə tədbir keçirildi
20.05.13 15:29

Hədəf Nəşrləri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsa Muğannanın  85 illik yübileyi münasibətilə 6 romanını son əlavələrlə, yeni çap üsulunda nəşr edərək oxuculara təqdim edib.  Hədəf Nəşrlərinin “İdeal” silsiləsindən olan  bu kitablar Atatürk Mərkəzində yazıçının da iştirakə ilə oxuculara təqdim edilib.  
“İdeal”, “Məşhər”, “İsahəq, Musahəq”, “Qəbiristan”,  “GurÜn” və “Cəhənnəm”  əsərləri yaşlı və orta nəslə tanış  olsa da, gənc nəslin bu kitabları mütaliə etməsi üçün yeni formada, nəfis tərtibatda çap olunub.  

Şəmil Sadiqin redaktorluğu ilə yenidən nəşr olunan bu kitabları İsa Muğannanın  85 illiyinə, oxuculara və ədəbiyyatımızın təbliğinə bir töhfə hesab etmək olar.
Təqdimat mərasimində açılış nitqi ilə çıxış edən akademik Nizami Cəfərov müəllifin yaradıcılığı haqqında ətraflı məlumat verib. Daha sonra xalq yazıçısı, AYB-nin sədri Anar öz qələm yoldaşını yubiley münasibətilə təbrik edib.
Xalq şairi Zəlimxan Yaqub Muğannanın indi də 25 yaşında olduğu kimi düşündüyünü, Azərbaycan Sovet ədəbiyyatına ciddi təsir etdiyini vurğulayıb. Tədbirin iştirakçılarından Fikrət Qoca, Tağı Əhmədov və müəllifin digər qələm yoldaşları, dostları onun yaradıcılığından maraqlı məqamlara toxundular.
İctimaiyyət nümayəndələri, yazıçılar, ziyalılar və oxucuların da iştirak etdiyi təqdimat mərasimində bildirilib ki, İsa Muğannanın əsərlərinin çap və yayım missiyasını öz üzərinə götürən Hədəf Nəşrləri müəllifin digər əsərlərini də yaxın vaxtlarda oxuculara təqdim edəcək. Bu siyahıya İsa Muğannanın hələ işıq üzü görməyən “Həyatımdan səhifələr” (bu əsərdə yazıçının özü tərəfindən əsərlərinin yazılma qayəsi, vurğulamaq istədiyi ideologiyanın şərhi verilmişdir), “Qırx kisə qızıl”, “Söz yarası”,  “İlan dərəsi və ya Peyğəmbərin taleyi” adlı əsərləri daxildir. Bu əsərlərin çapa hazırlanması və redaktəsi yazıçının rəsmi razılığı ilə baş tutub. Kitabların naşiri Müşfiq XAN, qrafik dizayneri isə Teymur Fərzidir.
URL / WWW
http://kelam.az/article/a-7983.html