Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İran parlamentinin sədri Əli Laricani ilə görüşüb
20.05.13 15:11

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İran parlamentinin sədri Əli Laricani ilə görüşüb. 
APA-nın “İRİBNEWS”a istinadən məlumatına görə, Ə.Laricani bildirib ki, İran-Azərbaycan arasındakı münasibətlər qonşuluq əlaqələrindən daha üstündür: “Dini, məzhəbi və tarixi bağlılıq iki xalqın qardaşlıq və yaxınlığının ən önəmli təməlidir. İran rəhbərləri ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır. Bu gün ölkələrimiz arasında ən mühüm əlaqələrdən biri iqtisadi əməkdaşlıqdır. İran və Azərbaycanın bütün potensiallarından dostluq əlaqələrinin genişlənməsi üçün faydalanmalıyıq. 
Azərbaycan Respublikasında dini maarifləndirmənin genişlənməsi bu ölkənin inkişafına və çiçəklənməsinə səbəb ola bilər. Eyni zamanda stabilliyə və güclənməsinə gətirib çıxaracaq. Xalqın dini bünövrəsi nə qədər güclü olsa, Azərbaycan Respublikasının mənafeyini o qədər çox yaxşı qoruyar”.
 
İran parlamentinin sədri Azərbaycan Respublikasında dini sahədə maariflənmənin genişlənməsinə çalışdığı üçün A.Paşazadəyə təşəkkür edib.
 
A.Paşazadə isə öz növbəsində vurğulayıb ki, iki ölkə arasındakı əlaqələr dərin dostluq, qardaşlıq və məzhəbi bağlılıq əsasında qurulub: “Azərbaycan xalqı heç zaman İranın çətin günlərdəki dəstəyini unutmayacaq. Azərbaycan müstəqillik qazandıqdan sonra dini maariflənmə sahəsində xeyli işlər görülüb”. Daha sonra QMİ sədri Azərbaycanda dini maariflənmə sahəsində görülən işlərlə bağlı Ə.Laricaniyə ətraflı məlumat verib.
 
Qeyd edək ki, A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 18-dən İranda səfərdədir. Səfərdə Azərbaycan-İran Parlamentlərarası Dostluq Qrupunun üzvləri də iştirak edir. Səfər çərçivəsində İran prezidenti Mahmud Əhmədinejad, İranın ali dini lideri, ayətullah Əli Xamneyi və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşlər keçirilib.
URL / WWW
http://kelam.az/article/a-7981.html