Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İsmayıl Berdiyev Şamaxı Cümə məscidinin bərpasını Ulu Öndərin siyasətinə sadiqliyin nümunəsi kimi səciyyələndirib
18.05.13 17:49

"Bu gün bütün müsəlmanlar üçün bayramdır. İnsanı sevindirən əməllər bayramıdır. Ziyarətgahların bərpa olunması və orada Tanrıya dua edilməsi bizi sevindirir. Siz atanızın, - Tanrı onu behiştlik etsin, - işlərini davam etdirirsiniz. Təzəpir məscidinin necə gözəl bərpa olunduğunu görüb heyrətlənmişəm. Burada görülən işlər həqiqətən böyük hünərdir. Allah Sizə güc və cansağlığı versin ki, bütün bu işləri davam etdirəsiniz". "Azadinform" xəbər verir ki, bu barədə açıqlama ilə Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri İsmayıl Berdiyev Şamaxı Cümə məscidinin açılışında çıxış edərək deyib.

İsmayıl Berdiyev tolerantlıq və dinlərarası dialoqla bağlı Azərbaycanda təşkil olunan tədbirlərin, o cümlədən bu yaxınlarda “MDB müsəlmanları sülh və sabit inkişaf naminə” mövzusunda Bakıda keçirilən konfransı Azərbaycanın islam həmrəyliyinə verdiyi töhfə kimi dəyərləndirib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkənin ümumi inkişafında, həmçinin milli mənəvi dəyərlərin qorunmasında və gələcək nəsillərə ötürülməsindəki xidmətlərindən danışan İsmayıl Berdiyev Şamaxı Cümə məscidinin bərpasını Ulu Öndərin siyasətinə sadiqliyin nümunəsi kimi səciyyələndirib: "Bu məscidin tikildiyi vaxtdan 13 əsr keçmişdir. Onun hansı vəziyyətdə olduğunu fotoşəkillərdə görmüşdük. Sizin gördüyünüz işlər həqiqətən insanı heyran qoyur. Sizə güc və cansağlığı diləyirəm".
URL / WWW
http://kelam.az/article/a-7980.html