Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Mətbuat Şurası mətbuatın “qara siyahı”sını tərtib edib
18.02.10 21:27

Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını, ölkə qanunvericiliyinin tələblərini kobud və mütəmadi pozan 94 qəzet və jurnalın “qara siyahı”sı tərtib edilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, “reket jurnalistika”ya qarşı mübarizə aparmaq üçün ölkə jurnalistlərin V qurultayının iştirakçısı olan yüzlərlə tanınmış media təmsilçisi qrumun bu istiqamətdəki fəaliyyətinin intensiv xarakter alması təşəbbüsünü irəli sürüb. Şurada “reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının yaradıldığını diqqətə çatdıran Ə.Amaşov qeyd edib ki, peşə prinsiplərinə etinasız yanaşan media orqanlarına qarşı ictimai qınağın təsir gücünü artırmaq məqsədilə mütəmadi olaraq mətbuatın “qara siyahı”sı tərtib edilir. Onun özlərinə görə, şərti olaraq “reket jurnalistika” adlandırılan xoşagəlməz meyl bu gün də davam etməkdədir. Ə.Amaşov reket jurnalistlərin ölkə mətbuatının nüfuzuna, onun saf və təmiz adına ləkə gətirdiklərini söyləyib. “Onlar Şuranın ictimai qınağa hesablanan tədbirlərindən nəticə çıxarmaq əvəzinə, MŞ-nin İdarə Heyətinin üzvlərinin şərəf və ləyaqətlərini ləkələməyə, işgüzar nüfuzlarına zərər gətirməyə çalışır, barələrində təhqir və böhtan xarakterli materiallar dərc etdirirlər”,-Ə.Amaşov bildirib. O, reket qəzet və jurnalların arxasında dövlət məmurların durduğunu da qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-798.html