Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bütün Qafqazın Şeyxi: Azərbaycan dindarları hər zaman Prezident İlham Əliyevin yanında olacaqlar
18.05.13 17:40

"Fəxrlə deyə bilərəm ki, dövlətimizin başçı İlham Əliyevin müdrik siyasəti, xalqımızın milli mənəvi dəyərlərinə, dini irsimizə ehtiramlı münasibəti sayəsində Azərbaycanda həm müsəlman, həm də digər dini icmaların fəaliyyəti ən yüksək səviyyədə dəstəklənir, onların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində, ibadət məkanlarının inşası, təmir və yenidən qurulması sahəsində müvafiq addımlar atılır".  Bu barədə açıqlama ilə Şamaxı Cümə məscidinin açılışında çıxış edən Şüyxülislam Hacı Allahşükür Paşazadə deyib.
Şeyx bildirib ki, bütün bunlar Azərbaycanda mövcud tolerantlığın daha da dərinləşdirilməsinə şərait yaradır: "Ulu öndər Heydər Əliyevin irsini yaşadan Fondun fəaliyyəti, Mehriban xanımın səyləri sayəsində Azərbaycan mədəniyyətlərarası dialoq işinə böyük töhfələr verir. 
İlham Əliyev həzrətləri Azərbaycanın müqəddəs ocaqlarına qayğısı, milli mənəvi dəyərlərə yeni həyat bəxş etməsi ilə misilsiz işlər görür. Mən, şeyxülislam olaraq, bu fəaliyyəti çox yüksək dəyərləndirir, Uca Allahdan ona böyük uğurlar diləyir və bütün Qafqaz müsəlmanları, dindarlar adından Zati-alilərinə dərin minnətdarlığımı bildirirəm".
QMİ sədri Azərbaycan dindarlarının hər zaman Prezident İlham Əliyevin yanında olacaqlarını bildirib. 
URL / WWW
http://kelam.az/article/a-7978.html