Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərov “Diffamasiya haqqında” qanunun qəbul edilməsinin əleyhinə olduğunu bəyan edib
14.05.13 20:50

Milli Məclisin bu gün keçirilən iclasında böhtan və təhqirə görə cəzanın sərtləşdirilməsi ilə bağlı məsələ müzakirə olunub. Müzakirələr zamanı çıxış edən parlamentin vitse-spikeri Ziyafət Əsgərov “Diffamasiya haqqında” qanunun qəbul edilməsinin əleyhinə olduğunu bəyan edib. Z.Əsgərov bildirib ki, “Difamasiya haqqında” qanunu qəbul etmək Avropa Şurası qarşısında öhdəliyimiz deyil. Onun sözlərinə görə, bu qanun Avropa Şurası tərəfindən Azərbaycana yalnız tövsiyə olunub: “Bizim onlar qarşısında heç bir öhdəçiliyimiz yoxdur”.  Onun fikrincə, Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbul edilməsi üçün mühit yoxdur. “Cəmiyyətə baxın! Bizdə “Diffamasiya haqqında” qanuna uyğun mühit varmı? Avropa Şurasına xoş gəlsin deyə, cəmiyyətdə süni gərginlik yaratmaq nəyə lazımdır”. Z.Əsgərov deyib ki, bu qanun Avropa Birliyi ölkələrin də qəbul edilməyib: “Mən araşdırma aparmışam. Avropa Birliyi üzvlərindən cəmi 2-3 ölkədə “Diffamasiya haqqında” qanun qəbul edilib. Bu belə yaxşı qanundursa, niyə əvvəl özləri qəbul eləmirlər? Biz də onlara baxaq, 11-ci ölkə olaq, bunu qəbul edək”-deyə Z.Əsgərov etirazını bildirib.
Vitse-spikeri qeyd edib ki, belə bir qanunun qəbulu cəmiyyətdə həssas meyllərin qalxmasına səbəb ola bilər: “Böhtan və təhqir anlayışları hər bir cəmiyyətdə müxtəlif reaksiyalar verə bilər. Kimi böhtanı özünə qarşı təhqir kimi qiymətləndirir, kimi isə buna adi hal kimi baxa bilər. Ola bilsin hansısa ingilis, amerikan üçün şərəf və namus bir o qədər əhəmiyyət kəsb etmir. Azərbaycanda bu məsələyə tamamilə fərqli yanaşılır. Bu baxımdan böhtana görə cəzanın seçilməsi vacib məsələdir” - deyə vitse-spiker vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-7972.html