Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əflatun Amaşov: “Reket nəşr”lərin arxasında gizli havadarlar durur
19.02.10 03:26

Köhnə qazet və jurnalları yeni adla qeydiyyatdan keçirərək nəşrlərini davam etdirən “reket jurnalistika” rəhbərləri var. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə müsahibəsində bildirib. Şura sədri “Gündəlik Bakı” və “Təzadlar” qəzetlərinin, həmçinin “Mozalan” jurnalını bütün sərhədləri aşan nəşrlər adlandırıb. Onun sözlərinə görə, bu cür qəzet və jurnallar Mətbuat Şurasının rəhbərliyini məhkəməyə verməklə kifayətlənməyərək, Şuranın İdarə Heyətinin üzvlərinin ünvanına hədə-qorxu gəlməkdən belə çəkinmirlər. “Mətbuat Şurası bəzi “reket nəşr”lərin arxasında gizli havadarların olmasını, onların maliyyələşdirilərək məkrli sifarişlərin icrasına cəlb edilmələrini yolverilməz hal sayır. Şura bununla bağlı kifayət qədər tutarlı faktlara malikdir. Gizli sponsorlar sırasında dövlət orqanlarında çalışan bəzi məmurların mövcudluğu isə xüsusilə təəssüf doğurur”,-Ə.Amaşov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-797.html