Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Prezidentliyə namizədliyini irəli sürən hər kəs dini lider ayətullah Əli Xamneyiyə tabe olmalıdır
11.05.13 03:14

Mayın 10-da Tehranın cümə namazına rəhbərlik edən axund Əhməd Xatəmi gələn ay İranda keçiriləcək prezident seçkisindən danışıb.  “Media forum” saytının məlumatına görə, Əhməd Xatəmi deyib ki, prezidentliyə namizədliyini irəli sürən hər kəs dini lider ayətullah Əli Xamneyiyə tabe olmalıdır: “Ölkənin dini liderinə tabe olmaq şüarda yox, əməldə olmalıdır. Möhtərəm cənab namizəd! Əgər vəliyyi-fəqihin nəzarəti altında işləyə biləcəksən, buyur qeydiyyatdan keç. Bu sən, bu da meydan. Yox, onun nəzarəti altında işləyə bilməyəcəksən və ya ona tabe olmayacaqsan, indidən prezidentliyə namizədliyini irəli sürmə və ümumiyyətlə qeydiyyatdan keçmə, keçibsənsə, adını geri götür.
Prezidentliyə namizədlər seçki kampaniyası apararkən İran İslam Respublikasının qanunlarına riayət etməli, sistemi və dini lideri sual altına aparmamalıdır. Həm də təbliğat aparanda xarici dövlətlərin dəstəyini qazanmağa çalışmamalıdır. Necə də bədbəxtdir əcnəbilərin etimadını cəlb etməklə səs qazanmaq istəyən. O bilməlidir ki, əgər əcnəbilər bir namizədə dəstək versə, o namizəd xalqın gözündən düşəcək”.
URL / WWW
http://kelam.az/article/a-7968.html