Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan səhnəsində “Aida” operasında üç ölkənin ulduzları iştirak edəcək
08.05.13 22:09

Mayın 18-də Opera və Balet Teatrının səhnəsində C.Verdinin “Aida” operasının tamaşası keçiriləcək. Teatrdan verilən məlumata görə, tamaşada azərbaycanlı opera sənətçiləri ilə yanaşı, Belorus və Gürcüstandan dəvət olunmuş vokal ulduzları da çıxış edəcəklər. Belə ki, Aida rolunda Belorus Akademik Böyük Opera və Balet Teatrının və Rusiya Akademik Böyük Teatrının solisti, Belorusun Əməkdar artisti Anastasiya Moskvina çıxış edəcək. A.Moskvina dünyanın bir çox ölkələrində - Tailand, Almaniya, Macarıstan, Şotlandiya, İspaniya, İtaliya və Fransada qastrol səfərlərində olub.
Xatırladaq ki, Radames rolunu Gürcüstanın Xalq artisti, Dövlət mükafatı laureatı, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili, Amonasro partiyasını isə Gürcüstanın Əməkdar artisti, vokalçıların Bülbül adına müsabiqəsinin laureatı Sulxan Qvelesiani ifa edəcəklər.
Tamaşada həmçinin Azərbaycan opera sənətçiləri – Xalq Aatisti Əli Əsgərov, Əməkdar artistlər Səbinə Vahabzadə, Gülnaz İsmayılova, aparıcı solist Anton Ferştandt çıxış edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-7966.html