Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » ZAMANLA İTİRDİKLƏRİMİZ…
07.05.13 04:40

Dağlıq Qarabağ problemi və deportasiya 

Bütün ölkənin proletariatı birləşin! Rəsmi kommunist ehkamının bəyan etdiyi bu tezis sinifi mübarizədə yeganə vasitə kimi istifadə edilirdi. Təxminən 186 xalqı özündə birləşdirən keçmiş Sovet imperiyası bu halqanın dağılmaması üçün “bütün ölkənin proletariatını birləşdirmək” şüarından məharətlə istifadə edirdi.
So¬vet ha¬ki¬miy¬yə¬ti il¬lə¬rin¬də SSRİ-də iki is¬ti¬qa¬mət¬də güc¬lü iş apa¬rı¬lır¬dı. İlk ba¬xış¬da bu is¬ti¬qa¬mət¬lər bir-bi¬ri¬nə əks möv¬qe tə¬si¬ri ba¬ğış¬la¬ma¬sa da, əs¬lin¬də məz¬mun eti¬ba¬ri¬lə bir-bi¬ri¬nə da¬ban-da¬ba¬na zidd mə¬na kəsb edir¬di. Da¬ha doğ¬ru¬su, o vaxtlar SSRİ-də ya¬şa-yan bü¬tün xalqla¬rın təd¬ricən bir-bi¬ri ilə qay¬na¬yıb-qa¬rış¬ma¬sı nə¬ticə¬sin¬də zor¬la "So¬vet xal¬qı" adı al-tın¬da ye¬ni bi¬li¬yin ya¬ra¬dıl¬ma¬sı¬na cid¬di-cəhd gös¬tə¬ri¬lir¬di¬sə, di¬gər tə¬rəf¬dən, bey¬nəl¬mi¬ləl¬çi¬lik bay¬ra¬ğı-nı əsas tu¬ta¬raq, "dostluq" və "bə¬ra¬bər¬lik" şü¬ar¬la¬rı¬nı ucal¬da-ucal¬da ay¬rı-ay¬rı res¬pub¬li¬ka¬lar¬da¬kı (bu ba¬xım¬dan Azər¬bay¬can SSR xü¬su¬si yer tu¬tur¬du) müx¬tə¬lif tay¬fa¬la¬rı et¬nik qrup, et¬nik az¬lıq¬la¬rı xalq, hət¬ta bə¬zən bu və ya baş¬qa et¬nik az¬lı¬ğı və ya¬xud az¬say¬lı xal¬qı (erməniləri) az qa¬la mil¬lət ki¬mi qə¬lə¬mə ver¬mək cəhdlə¬ri olur¬du.  
Bu gün Ermənistan istisna olmaqla dünyada monoetnik dövlət tapmaq çətindir.  Xüsusən də müasir dövürdə belə bir anormal hadisəyə çox az-az dövlətlərdə rast gəlmək mümkündür. Çünki yaşadığımız dünyanın bey¬nəl¬xalq mü¬na¬si¬bət¬lər sistemində  da¬ha çox diq¬qət mər¬kə¬zin¬də olan az-say¬lı xalqlar prob¬le¬mi ilə bağ¬lı müx¬tə¬lif qu¬rum¬lar və təş¬ki¬lat¬lar tə¬rə¬fin¬dən Çər¬çi¬və Kon¬ven¬si¬ya¬la¬rı və Sa¬ziş¬lər qə¬bul edi¬lib. Bu sı¬ra¬da Av¬ro¬pa Şu¬ra¬sı, BMT, ATƏT və di¬gər¬lə¬ri¬ni mi¬sal gös¬tə¬rə bi¬lə-rik. BMT-nin İn¬san Hü¬quq¬la¬rı üz¬rə Ko¬mis¬si¬ya¬sı mil¬li, et¬nik, di¬ni və di¬li az¬lıq¬la¬ra mən¬sub şəxslə¬rin hü¬quq¬la¬rı ilə bağ¬lı Qət¬na¬mə, Av¬ro¬pa Şu¬ra¬sı 1995-ci il fev¬ra¬lın 1-də "Mil¬li az¬lıq¬la¬rın hü¬quq¬la¬rı-nın qo¬run¬ma¬sı haq¬qın¬da" Çər¬çi¬və Kon¬ven¬si¬ya¬sını qə¬bul edib. 
Keçmişdə Sovet İttifaqı, bu gün isə Rusiyanın koloniyası olan Ermənistanda xalqların, xüsusən də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılması siyasəti zaman-zaman dövlət səviyyəsində dəstəkləndiyindən, bu anormal düşüncə tərzi ölkənin bütün leqal və qeyri-leqal strukturlarına sirayət olunub. “Böyük Ermənistan” ideyası bu utopist milləti qorxunc fəlakət və cinayətlərə sürükləyib. Nəticədə Azərbaycan və bu torpağı özünə Vətən bilən digər millətlərin nümayəndələrinə qarşı terror, soyqırım aktı həyata keçirilib. 
Ermənilərin Qara dənizdən başlanan “Böyük Ermənistan” xülyası Xəzər dənizinədək uzanır. Bu torpaqların gerçək sahibləri olan Türkləri isə ermənilər özlərinin əbədi və əzəli düşmənləri kimi qəbul edirlər. Erməni yazçısı Silva Kaputikyan “İlk dəfə…” adlı kitabında millətinin bədxah niyyətini cəmiyyətə belə təqdim edir: “Ey Aram, sənin düşmənin Türkdür. Vətən Allahdan irəlidir. Kilsə Vətəndən irəlidir. Böyük Tiqran kilsədən irəlidir. “Böyük Ermənistan” böyük Tiqrandan irəlidir.”
Təkcə ötən XX əsrin müxtəlif illərində Azərbaycan və azərbaycanlılar ermənilər tərəfindən tarixdə görünməmiş soyqırımlara məruz qalıblar. Bu vəhşiliklər ən yaxşı halda soydaşlarımızın öz tarixi torpaqlarından deportasiyası ilə nəticələnib. Bu zaman Cənubi Qafqazda, o cümlədən Qarabağda 200 min erməni yerləşdirilib. Türkiyə və İran sərhədlərinə yaxın torpaqlarda xristian xalqlarının xüsusi çəkisini artırmağa çalışan Çar hökuməti, daha sonra Sovet imperiyası ermənilərin köçməsini sonralar da dəstəkləyiblər. 

Azərbaycanlıların soyqırımı və deportasiya… 

1828-ci ildə imzalanan Türkmənçay, 1929-cu ildə imzalanan Ədirnə sülh müqaviləsi ermənilərin Azərbaycan torpaqlarını qəsbetmə prosesini bir az da sürətləndirdi. İran və Türkiyədə yaşayan ermənilərin Zaqafqaziyaya - Azərbaycana, xüsusən də Qarabağ əyalətinə köçürülməsi prosesi geniş vüsət aldı. Köçürülmə siyasətinin əsas məqsədi və qayəsi azərbaycanlıları yaşadıqları tarixi torpalardan didərgin salmaq idi. Təbii ki, bu iş həm Azərbaycanın daxilində, həm də Ermənistan adlanan ərazidə yaşayan soydaşlarımızın içərisində görülürdü. Bu illərdə on minlərlə erməni Qarabağa və Azərbaycanın digər ərazilərinə, minlərlə azərbaycanlı isə tarixi-etnik torpaqlarından Azərbaycana gəlməyə məcbur edilirdi. 
1905-1907-ci illər hadisələr isə Qarabağda baş verən erməni talanlarının nə əvvəli, nə də sonuncusu idi. Maraqlı məqam isə odur ki, üstündən illərin keçməsinə baxmayaraq, ermənilərin taktika və strategiyası dəyişmirdi. M.S.Ordubadinin hadisələrin qaynar izi ilə 245 müxbir məktubu əsasında ürək ağrısı ilə qələmə aldığı “Qanlı illər” kitabında 1905-1906-cı illərdə ermənilərin Azərbaycanda törətdikləri türk-müsəlman soyqırımının səbəblərinin çoxu ondan sonrakı (1918, 1948-1953, 1988) hadisələrində də öz aktuallığını saxlamışdı.   
1918-ci il qırğınlarında neçə nəfər azərbaycanlının qətlə yetirildiyini söyləmək bir çox arxivlərin ermənilər tərəfindən məhv edilməsi səbəbindən çətin olmuşdu. Ermənilərin kağız parçaları ilə zəngin olan arxivləri məhv edərək, izi itirmək cəhdləri baş tutsa da, bu günlərdə Qubada aşkarlanan kütləvi məzarlıqlardakı o cansız skletlər tarixin çarxını təkrarən hərəkətə gətirdi. Məzarlıqda aşkar edilmiş cəsədlər sübut edir ki, insanlar küt alətlərlə, insanlığa xas olmayan qəddarlıqla öldürülmüşlər. Buradakı insan cəsədləri Qubada yaşayan azərbaycanlılarla yanaşı, ərazidə məskunlaşmış digər etnik qrupların nümayəndələrinə də məxsusdur. Deməli, ermənilər milliyyətindən, yaşından, cinsindən asılı olmayaraq hər kəsə divan tutmuş və insanları kütləvi şəkildə qətlə yetirmişlər. Arxiv materiallarına əsasən müəyyənləşdirilmişdir ki, erməni generalı Hamazaspın başçılıq etdiyi Hərbi Hissə Qubada 40 minə yaxın dinc əhaliyə divan tutmuş və nəticədə 1800 uşaq, 2 minə yaxın qoca və qadın qətlə yetirilmişdir. Onların bir qismi bu kütləvi məzarlıqda basdırılmışdır. Arxeoloji qazıntılar nəticəsində indiyədək 196 kəllə sümüyü aşkar edilmişdir. İndiyədək tapılmış kəllə sümüklərindən 44-ü müxtəlif yaşlı uşaqlara, 48-i qadınlara, qalanları isə kişilərə məxsusdur. Artıq prezident İlham Əliyevin 30 dekabr 2009-cu ildə imzaladığı Sərəncamla Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması işlərinə başlanılıb. 
Müxtəlif illərdə Ermənistanda deportasiyaya və soyqırıma məruz qalar yarım milyondan çox soydaşımız qaçqın kimi Azərbaycana pənah gətirmişdir. Sovet hakimiyyəti dövründə - 1922-ci ilədək cəmi 90-100 minədək azərbaycanlı öz tarixi-etnik ərazilərinə qayıda bilmişdir. 
1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdi. Həmin gün Ermənistanın da müstəqilliyi elan olundu. 29 may – Azərbaycan Xalq Cümhuriyyəti hökuməti müstəqillik elan edən, lakin siyasi mərkəzi olmayan Ermənistan hökumətinə İrəvan şəhərini (indiki Yerevan, əhalisinin 30 faizi ermənilərdən və başqa etnik qruplardan, 70 faizi azərbaycanlılardan ibarət idi) “güzəştə” getdi. 
1918-ci ilin iyunun 4-də Osmanlı imperiyası və üç Cənubi Qafqaz Respublikası (Ermənistan, Azərbaycan və Gürcüstan) arasında Batumi Sülh Müqaviləsi bağlandı. Ermənistanın sərhədləri müəyyənləşdirildi və nəticə etibarı ilə bu dövlətin 400.000 nəfər əhalisi olan Erivan və Eçmiədzin rayonları da daxil olmaqla 10.000 kv. km-dən ibarət ümumi ərazisi dəqiqləşdirildi. Elə həmin ilin iyun-iyul aylarında Ermənistan Azərbaycana qarşı irimiqyaslı təcavüzə  başladı. Bu təcavüz Naxçıvan şəhərinin işğalı, Zəngəzur və Qarabağa kütləvi hücumlar, 115 kəndin viran edilməsi və 7729 Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə nəticələndi. Təxminən 50.000 nəfər yurd-yuvasından didərgin düşdü.
1920-ci il avqustun 10-da  Rusiya Azərbaycana məxsus olan Şərur-Dərələyəz ərazisini qanunsuz olaraq Ermənistana bağışladı. Qarabağ, Zəngəzur və Naxçıvan isə “mübahisəli vilayətlər” elan olundu. Nəriman Nərimanov Moskvaya göndərdiyi teleqramlarda Sovet hakimiyyəti qurulanadək mübahisəsiz Azərbaycan torpaqları sayılan ərazilərin indi nədənsə mübahisəli sayılmasına və respublikanın torpaqlarının hərraca qoyulmasına qarşı ciddi etirazını bildirsə də, bu, heç nəyi dəişmədi. Əksinə, bir az sonra Zəngəzur 2 yerə bölünərək zorla Ermənistana birləşdirildi. Bu əraziyə İran, Misir, Türkiyə və Rusiyadan ermənilər köçürüldü, azərbaycanlılar isə müxtəlif vasitələrlə bölgədən çıxarıldı.  Beləliklə, Azərbaycan və Naxçıvan arasında dəhliz yarandı. Bu illərdə Qazax qəzasının dağlıq hissəsi – Dilican ərazisi də Ermənistana peşkəş edildi. Bu faktı təkcə Azəbaycan və digər ölkələrin tarixçiləri deyil, həm də erməni müəllifləri də təsdiq edir. Belə ki, erməni tədqiqatçısı Z.Korkodyan “Sovet Ermənistanının əhalisi” kitabında yazır: “1920-ci ilədək Ermənistan ərazisində yaşamış 575 min nəfər azərbaycanlı əhalidən cəmi 10 min nəfəri qalmışdır.”
1921-ci il 5 iyul tarixində Rusiya  Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması və ona geniş regional muxtariyyət statusunun verilməsi ilə bağlı qərar qəbul etdi. Dağlıq Qarabağ ermənilərinə özünüidarə hüququnun verilməsi ilə eyni vaxtda əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Zəngəzur və Qazaxın bir hissəsi (9.000 kv.km.) Ermənistana verildi. Sovet hakimiyyəti dövründə Azərbaycanın ümumilikdə 20.000 kv.km ərazisi Ermənistana bağışlandı.  
Lakin ermənilər sakit durmurdu. Onlar xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi təklifin İ.Stalinə çatdırılması fürsətini 1943-cü ildə Tehran konfransında əldə etdilər. Konfransın gedişində SSRİ xarici işlər naziri Molotovla əlaqə yaradan erməni diasporu köçrülmə ilə bağlı Sovet rəhbərliyinin razılıq verməsini xahiş etdilər. 1945-ci ilin noyabrında SSRİ hökuməti xaricdə yaşayan ermənilərin köçürülməsi barədə qərar verdi. 1946-cı ildə Suriya, Yunanıstan, Livan, Bolqarıstan və Rumıniyadan 50,9 min nəfər, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İran və Livandan 35,4 min erməni köç etdi.  
Xaricdən köçrülən ermənilərin daha rahat və münbit torpaqlarda yerləşdirilməsi məsələsi də öz müsbət həllini tapmışdı. Ermənistan KP MK-nin birinci katibi Q.Harutyunov vəziyyətdən yeganə çıxış yolunu ölkədə yaşayan 100 min azərbaycanlı əhalinin Azərbaycana köçürülməsində görürdü. Onlar SSRİ rəhbərliyini inandırmağa çalışırdılar ki, azərbaycanlılar əsasən pambıq yetişdirilən rayonlara - Muğan-Mil düzündə yerləşdirmək iqtisadi cəhətdən də sərfəli idi. Çünki 1945-ci ildə SSRİ Nazirlər Soveti ya təsadüfdən, ya da erməni hiyləsi ilə Kür-Araz ovalığını yenidən qurulması ilə bağlı qərar qəbul etmişdi. 1949-cu ildə Ermənistandan 12306 ailə (54373 nəfər) köçürüldü.   
Təbii ki, Moskvanın diqtəsi Azərbaycan SSR Nazirlər Sovetini 1950-ci ildə 2419 ailənin (14361 nəfər) köçürülməsi barədə qərar qəbul eməyə sövq etdi. Lakin bu illərdə yalnız 65000 ailənin köçürülməsi təmin edildi. 1948-1950-ci illərdə Ermənistandan köçürülmüş azərbaycanlı ailələrdən yalnız 4878-ni yaşayış evləri ilə təmin edirlər. Əlbəttə ki, əgər buna normal yaşayış imkanları demək mümkün idisə… 
1951-ci ilin əvvəllərində köçürülən əhalinin bir hissəsi məcbur olub Ermənistana – boşaldılmış kəndlərə qayıdır. Bu dönüşün kütləvi hal alacağından təşvişə düşən erməni rəhbərliyi onları qəbul etməkdən imtina etdi. Ümumi götürdükdə isə 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı əhali deportasiya olundu.  

Cəsarətli liderlər sayəsində ertələnən işğal…

Azərbaycan Sovet Rusiyasının tərkibində olduğu illərdə belə cəsarətli insanlarımız haqq səslərini daim qaldırırdılar. Onlardan biri də Azərbaycan Kommunist (b) Partiyası Mərkəzi Komitəsinin katibi Əyyub Xanbudaqov idi. Ə.Xanbudaqov hələ 1924-cü ildə Moskvanı Azərbaycanın partiya işinə hədsiz müdaxilədə, respublikanı simasızlaşdırmaqda, bura rusları köçürmədə, milli kadrları sıxışdırmaqda ittiham etdi və bu siyasətə qarşı çıxdı.  Elə həmin il o, müəmmalı şəkildə rəhbər vəzifədən uzaqlaşdırıldı və partiyadan qovuldu. 
Azərbaycana qarşı aparılan ədalətsiz siyasəti SSRİ Mərkəzi İcraiyyə Komitəsinin həmsədri Nəriman Nərimanov RK(b)P MK-ya və İ.Stalinə yazdığı “Ucqarlarda inqilabımızın tarixinə dair” adlı məşhur məktubunda da cəsarətlə ifşa edirdi. N.Nərimanov Azərbaycanın taleyinin daşnaklara tapşırılmasına açıq-aşkar üsyan edirdi. 
Əslində Dağlıq Qarabağ problemini bu gün yaşayacağımızı 30-40-cı illərdə – ermənilərin bu ərazilərə köçürülmə siyasətini həyata keçirəndə dərk etməli idik. Amma nə yazıq ki, hadisələrin ermənilərin xeyrinə inkişafı problemi yetərincə dərk edə bilmədiymizi göstərir. Və yaxud da SSRİ rəhbərliyinin represiya qorxusu Azərbaycan insanının dərketmə hissiyatını da öldürmüşdü. 1945-ci ildə Sovet qoşunları Berlinə qədər gedib çıxmış, Stalinin başı müharibəyə o qədər qarışmışdı ki, ittifaq daxilində cərəyan edən hadisələr onu heç düşündürmürdü. İ.Stalin yaxınlaşmaqda olan qələbənin dadını çıxarır, ermənilər isə Azərbaycana qarşı torpaq iddialarının coğrafi arealını genişləndirirdilər. Onlar belə bir vaxtı Dağlıq Qarabağın əldə olunması üçün ən gözəl fürsət hesab edirdilər. Bu fürsəti dəyərləndirən Ermənistan KP MK-nin birinci katibi Q.Harutyunov isə Moskva qarşısında yenidən Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırır  və yoldaş Stalinə növbəti məktubla müraciət edir. İ.Stalin həmin məktubu G.Malenkova, o da Azərbaycan Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırova göndərir. M.Bağırov yuxarıdan gələn təklifə etiraz etmir, əvəzində Ermənistanın, Gürcüstanın, Dağıstanın əsasən azərbaycanlılar yaşayan və tarixən Azərbaycanın ərazilərini geri qaytarılması şərtini irəli sürür. Lakin məsələnin arzuedilməz istiqamət alacağını dərk edən SSRİ rəhbərliyi bu işi tarixin oxunmayan arxivinə atır. 
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də 1938-ci ildə qəbul etdiyi bədnam qərarı (Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min ha torpaq sahəsinin Ermənistana verilməsi haqqında protokolu) yenidən təsdiq edir. Lakin az sonra hakimiyyətə gəlmiş Heydər Əliyev bu qərarın icrasına yol vermir.
Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra ölkəmizin suveren hüquqlarının pozulmasına yönələn bütün cəhdlərin qarşısını vaxtında, qətiyyətlə alırdı. SSRİ-nin 1977-ci ilin oktyabrında qəbul olunmuş Konstitusiyası hazırlanarkən ermənilərin belə cəhdləri xüsusən artmışdı və yalnız Heydər Əliyevin SSRİ rəhbərləri qarşısında qoyduğu qəti tələblər nəticəsində o vaxt Dağlıq Qarabağın statusu məsələsinə baxılmamışdı. 
70-80-ci illərdə ermənilər bir neçə dəfə Kremldən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb etsələr də Heydər Əliyevin cəsarəti sayəsində buna nail ola bilməmişdilər. Bu faktı Ermənistan KP MK-nin birinci katibi olmuş A.Koçinyan sonralar özü də etiraf etmişdir: “Mənim Ermənistana rəhbərliyim dövründə Qarabağ məsələsi bir neçə dəfə qaldırılmışdı. Lakin Heydər Əliyevin nüfuzu və mərkəzdə sözünün keçərliliyi məsələnin nəinki müsbət həllinə, heç müzakirəsinə belə imkan verməmişdi.”
1976-cı ildə Əsgəranda yolu kəsmiş ermənilərin Heydər Əliyevdən yer istəmələrinə ümummilli lider belə cavab verir: “Yaxşı mən sizə bir söz demirəm, çıxıb gedə bilərsiniz. Dağıstana da, Gürcüstana da, Ermənistana da yol açıqdır. Mən sizə əlimdən gələn köməyi edərəm. Mənim də torpaqlarım orada, Ermənistanda qalıb. Biz heç kimə bir qarış da olsa torpaq verəsi deyilik.”
1987-ci ilin 18 noyabr tarixində Kremlin müşaviri A.Aqanbekyanın Dağlıq Qarabağın Ermənistan SSR-yə birləşdirilməsi barədə bəyanatı milli ədavət hissinin daha da alovlanmasında və münaqişənin kəskinləşməsində həlledici rol oynadı. Həmin ilin noyabr-dekabr aylarında Yerevanda Azərbaycan SSR-in Dağlıq Qarabağ vilayətinin Ermənistan SSR-yə birləşdirilməsi şüarları ilə nümayişlər  keçirildi. Artıq ermənilər bütün vasitələrdən istifadə edərək Azərbaycanın tarixi torpağı olan Qarabağa sahiblənmək istəyirdilər. Erməni cəmiyyətinin bütün sferaları, hətta zəhmətkeşlər belə mitinqlər təşkil edir, oğurladıqları torpaqların əhatə dairəsini genişləndirməyə çalışırdılar. 
Artıq Heydər Əliyev SSRİ rəhbərliyindən istefa verməyə məcbur edilmiş (1987), SSRİ-nin düzəni pozulmuşdu. Hər zaman olduğu kimi ermənilər bu fürsəti də dəyərləndirməyə bilməzdilər. 1988-ci ilin fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatlar Sovetinin yalnız ermənilərdən ibarət üzvləri toplaşaraq vilayəti Azərbaycanın tərkibindən çıxarıb Ermənistana birləşdirilməsi barədə qərar qəbul edirlər. Azərbaycanın bu qərarı rədd etməsindən sonra vəziyyət gərginləşməyə, İrəvanda yaşayan azərbaycanlıların sonuncu və həm də vəhşicəsinə deportasiyası ilə gətirb çıxardı. Qırğınların və deportasiyanın yeni mərhələsinin ilk illərində erməni millətçiləri üçün Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlının çıxarılması başlıca məqsədlərdən ən mühümü idi.  
1988-ci ilin noyabrın 4-də İrəvanda təşkil edilən mitinqdə çıxış edən Ermənistan Elmlər Akademiyasının müxbir üzvü Rafel Kazaryan deyirdi: “Dəstələrin köməyi ilə emiqrasiyanı təmin etmək lazımdır. Bizə bütün onilliklər ərzində ilk dəfə Ermənistanı azərbaycanlılardan təmizləmək imkanı verilmişdir. Mən bunu on aylıq mübarizəmizin ən böyük nailiyyəti hesab edirəm.”

Niyaz NİFTİYEV 

URL / WWW
http://kelam.az/article/a-7961.html