Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Azərbaycanın etnik mənzərəsi: narahatçılığa əsas varmı? - V yazı
07.05.13 04:35

Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası və qəbul etmək dilemması ilə qarşılaşdığı Konvensiyaların mövcudluğu sözügedən problemə münasibətdə köklü dəyişikliklər yaratdı. Beynəlxalq təcrübədən istifadə edən azlıqda qalan xalqlar hüquqlarının genişləndirilməsinə və onlara münasibətdə dövlətin siyasətində korrektələr edilməsinə cəhd göstərdilər. Əslində onların bu cəhdi tələb deyil, sadəcə istək səviyyəsindən o yana keçmirdi. Bu istəklər isə özü-özlüyündə bəzən yerli və bəzən də yersiz səslənirdi. Nədən ki, Azərbaycan dövləti müstəqilliyin ilk illərindən başlayaraq bu tip xalqların sosial-mədəni inkişafı üçün beynəlxalq təcrübədə nə varsa hamısından istifadə edib.
Milli azlıqlarla bağlı beynəlxalq təcrübə...

Avropa Şurası Parlament Assambleyası 1992-ci il noyabrın 5-də Strasburq şəhərində "Regional dillər və azlıqların dilləri haqqında" Konvensiya qəbul etdi. Sənədin preambula hissəsində bildirilir ki, Avropa Şurasına üzv dövlətlər bu xartiyanı imzalamaqla üzv dövlətlər arasında daha sıx əlaqənin yaradılması və prinsiplərin qorunmasını ümumi nailiyyətləri hesab etməlidirlər.
BMT-nin İnsan hüquqları üzrə komissiyası milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı Qətnamə qəbul edib. Komissiya 1992-ci il aprelin 25-də keçirdiyi iclasında insanları cəmiyyətdə sülhün qorunması üçün milli azlıqların hüquqlarını qorumağa çağırıb.
BMT Baş Assambleyası 1992-ci il 18 dekabr tarixində milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı Bəyannamə qəbul edib. Bəyannamədə bir daha təşkilatın Nizamnaməsində göstərildiyi kimi, dilindən, dinindən və irqindən asılı olmayaraq bütün insanların hüquqlarının qorunması önə çəkilir. Beynəlxalq paktın 27-ci maddəsində etnik azlıqların hüquqları ilə bağlı məsələlər də öz əksini tapıb. BMT-yə üzv olan dövlətlər öz ərazilərində yaşayan etnik azlıqların hüquqlarını qorumağa borcludur. 
BMT azsaylı xalqların hüquqlarının qorunmasında mühüm rol oynayır. Hökumətlərarası və qeyri-hökumət təşkilatları da milli azlıqların hüquqlarının qorunmasına səy göstərirlər. BMT Baş Assambleyasının 1965-ci ildə qəbul etdiyi Beynəlxalq paktda göstərilir ki, bütün xalqlar özlərinin təyinetmə hüququna malikdirlər. (Milli və etnik, dini, və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında Deklarasiya, 18 dekabr 1992.)
BMT Baş Məclisinin 1996-cı il dekabrın 16-da təsdiq etdiyi insanın vətəndaşlıq və siyasi hüquqları, insan iqtisadi, sosial və mədəni hüquqları haqqında faktlara müvafiq olaraq respublikamızda milliyyətindən, dilindən, dinindən, siyasi baxışlarından asılı olmayaraq vətəndaşlarımızın hamısı bərabər hüquqlara malikdir və Azərbaycan dövləti öz fəaliyyətinin bu demokratik, humanist prinsiplər əsasında qurur, inkişaf etdirir. 
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Beynəlxalq hüquq normalarına tam uyğun gələn həmin humanist normativ prinsip öz əksini Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində tapmışdır. 
Avropa Şurası 1995-ci il fevralın 1-də "Milli azlıqların hüquqlarının qorunması haqqında" Çərçivə Konvensiyası qəbul edib. Konvensiyaya imza atan dövlətlər Avropa Şurasının insan hüquqlarının əsas hüquq və azadlığını önə çəkirlər. Bu Konvensiyaya imza atan dövlətlər, həmçinin Avropa Şurasının 1993-cü ildə Vyana şəhərində öz ərazilərində milli azlıqların hüquq və azadlıqlarının qorunması barədə Bəyannamədən irəli gələn vəzifələrə də əməl etməlidirlər. Konvensiyada  üzv  dövlətlər milli və etnik azlıqlara məxsus insanların hüquq və azadlıqlarını qorumağı öz öhdəsinə götürür və bu, beynəlxalq əməkdaşlığın əsası hesab edilir. 
"Milli azlıqların hüquqlarının qorunması haqqında" Çərçivə Konvensiyası Avropa Şurası Milli Azlıqların Qorunması üzrə Xüsusi Komitəsi tərəfindən  10 noyabr 1994-cü ildən quruma üzv dövlətlər üçün açıqdır, həmçinin AŞ-a üzv olmayan dövlətlər də bu Konvensiyaya qoşula bilərlər.  
Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyası 1 fevral 1995-ci ildə Fransanın Strasburq şəhərində qəbul edilib.
Beynəlxalq sənəddə göstərilir ki, milli azlıqların və bu azlıqlara mənsub şəxslərin hüquq və azadlıqlarının müdafiəsi insan hüquqlarının beynəlxalq müdafiəsinin ayrılmaz tərkib hissəsidir və buna görə də beynəlxalq əməkdaşlığın bir sahəsi hesab olunur. Qeyd edək ki, Azərbaycan bu Konvensiyaya 13 iyun 2000-ci il tarixdə qoşulub. 
Azsaylı xalqların hüquqlarının qorunmasında istiqamətverici rol oynamaqda Beynəlxalq Əmək Təşkilatının 169 saylı "Köklü xalqlar və xalqlar barədə, müstəqil ölkələrdə tayfa həyatı sürən xalqlar" haqqında Konvensiyasında əks olunub. BƏT-nın 1989-cu il iyunun 26-da Ali konfransında qəbul edilən Konvensiyada əsas diqqət bu xalqların hər hansı bir diskriminasiya olmadan insan haqları və əsas azadlıqlardan istifadə etmələri nəzərdə tutulub. 
Bu xalqlar inkişaf etmələri naminə ənənəvi olaraq malik olduqları torpaqlardan və təbii ehtiyatlardan istifadə edə bilər. Bu torpaqlardan istifadə zamanı dəyən ziyana və itkilərə görə kompensasiyalar əldə etmək hüquqları da var. Hökumətlərin isə köklü xalqlar üçün kredit götürmək hüquqları var. Onlar məşğulluq, professional hazırlıq, kustar sənaye və kənd təsərrüfatı sənayesində köməklik etməlidir. Sosial təminat və səhiyyə, təhsil və məlumat vasitələri, məhkəmə-hüquq müdafiəsinə də nəzərdə tutur. 
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Milli azlıqların işi üzrə Ali Komissarlıq institutu Avropada etnik münaqişələrin irimiqyaslı zorakılıqlarına mübarizə forması kimi yaradılıb. Bu vəzifə ATƏT tərəfindən (o vaxt ATƏM adlanırdı) 1992-ci ildə təsis edilib. Onun rolu sülhə və əmin-amanlığa təhlükə olan etnik fikir ayrılıqlarını aradan qaldırmaq, quruma üzv dövlətlər arasında sülh və əmin-amanlıq yaratmaq və ilkin mərhələdə olan münaqişələrin qarşısını almaqdan ibarətdir. Ali Komissarlığın qərargahı Vyana şəhərində yerləşir. Bir çoxları bu vəzifəni ombudsman institutları ilə eyniləşdirirlər. Amma əslində bu belə deyil. O, yalnız milli azlıqların işi üzrə ali komissardır. Onun məqsədi münaqişələrin aradan qaldırılmasıdır. Onun qarşısına qoyulan məqsədlər sırasında ilkin xəbərdarlıq və lazım olan hallarda təcili tədbirlər görməkdir. 
“Genosid cinayətinin qarşısının  alınması və bu cinayətə görə cəza verilməsi haqqında” Konvensiyanın 2-ci maddəsində (1948-ci il) deyilir ki, genosid anlayışı altında hər hansı milli, etnik, irqi və ya dili qrupu tamamilə, ya da qismən məhv etmək məqsədi ilə həyata keçirilən aşağıdakı hərəkətlər nəzərdə tutulur: belə qrupların üzvlərini öldürmək, belə qrupların üzvlərin bədən xəsarəti yetirmək, onları psixi pozğunluğa düçar etmək, belə əhali qrupları üçün qəsdən elə bir şərait yaratmaq ki, onlar hissə-hissə və ya tamamilə fiziki cəhətdən yox olsunlar və s.   
“Mülki və Siyasi Hüquqlar Haqqında” Beynəlxalq Paktın 27-ci (1966-cı il) maddəsində göstərilir ki, etnik, dini və kiçik dil qruplarının öz mədəniyyətlərini, din və adət-ənənələrini birlikdə yaşatmaq, öz dillərində danışmaq hüququ vardır.   

Milli azlıqlarla bağlı siyasətə münasibətləri son bir neçə ildə müsbət olub

Beynəlxalq qurumların Azərbaycanda milli azlıqlarla bağlı siyasətə münasibətləri son bir neçə ildə müsbət olub. Hələ 2002-ci ilin oktyabr ayında Strasburqda Avropa Şurasının Baş katibi Valter Şvimmerin iştirakı ilə Azərbaycanda milli azlıqlarla bağlı dövlət siyasəti məsələsinə həsr olunmuş ayrıca müzakirələr aparılmışdı. Həmin müzakirələrin nəticəsində Azərbaycanın milli siyasətini bəyənən və müsbət qiymətləndirən Avropa Şurası növbəti ildən bu səpkidə müzakirələrin digər dövlətlərin də iştirakı ilə aparılması qərarına gəlmişdir. Hətta Azərbaycanın milli azlıqlarla bağlı yürütdüyü siyasətin və bu sahədə əldə olunan təcrübənin başqa dövlətlər üçün də gərəkliliyi vurğulanmışdır.
Azərbaycan Avropa Şurasına üzv qəbul olunarkən üzərinə milli azlıqlarla bağlı bir sıra öhdəliklər götürüb. Belə ki, ölkə hökuməti Avropa Şurasına üzv qəbul olunduqdan sonra bir il müddətində milli azlıqların Çərçivə Konvensiyası, eyni müddətdə Regional dillər arasında Çərçivə Konvensiyasına qoşulmalı və 3 il müddətində "Milli azlıqlar haqqında" AR Qanununu qəbul etməli idi.   

Milli azlıqların dillərində qəzet və jurnallar nəşr olunur...

Azərbaycan Respublikası demokratik, hüquqi dövlət quruculuğu istiqamətindəki fəaliyyətində milli azlıqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirir. Azərbaycan dövləti əhalisinin çoxmillətli olmasını özünün tarixi nailiyyəti hesab edir və milli-mədəni rəngarəngliyi cəmiyyətin zənginliyinə xidmət edən amil kimi dəyərləndirir. 
Azərbaycan qanunvericilik aktlarında milli azlıqların hüquqlarının qorunması ilə bağlı mühüm konkret maddələr var. Konstitusiyanın "Bərabərlik hüququ" adlanan 25-ci maddəsində deyilir ki, "dövlət irqindən, milliyətindən, dinindən, dilindən, jinsindən və s. asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir". 44-cü maddəsində isə ("Milli mənsubiyyət hüququ") göstərilir ki, "hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ var. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz". 
Konstitusiyasının 45-ci maddəsi isə ana dilindən istifadə hüququna həsr olunmuşdur. Burada deyilir ki, "hər kəsin ana dilindən istifadə etmək hüququ var. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olamq hüququ var".
Azərbaycanda milli azlıqların öz məktəbləri, mədəniyyət mərkəzləri, çoxsaylı kütləvi informasiya vasiətələri var. 
Azərbaycanda 16 yerli telekanal (bunlardan 2-si dövlət, 14-ü isə özəl telekanaldır), 9 yerli radiostansiya (bunlardan 2-si dövlət, 7-si isə özəldir), 5 xariji telekanal (2-si rus, 3-ü türk) və 5 xarici radiostansiya ("Azadlıq", "Amerikanın səsi", "Bi-Bi-Si", "Rossiya", "Frans") fəaliyyət göstərir. Bunlardan Azərbaycan Dövlət radiosu ilə milli azlıqların dillərində aşağıdakı həə verilişlər yayımlanır. 
Bir ay ərzində talış dilində 1 saat 20 dəqiqə, kürd dilində 1 saat 20 dəqiqə, ləzgi dilində 1 saat 20 dəqiqə, gürcü dilində 2 saat 40 dəqiqə, erməni dilində 1 saat 30 dəqiqə, rus dilində 15 saat verilişlər yayımlanır. 
Azərbaycan dövlət televiziyası olan AzTV-1 azsaylı xalqlardan olan rus dilində 1 ay ərzində 15 saatdan çox xəbərlər proqramı verilir.
Bütün ölkə ərazisində yayımlanan özəl kanallardan "ANS", "Lider", "Azad Azərbaycan" və "Spase" kanallarında rus dilində verilən verilişlərin həcmi sutka ərzində verilən verilişlərin 25-30%-ni təşkil edir. Regional telekanallarda (10 regional kanal var) rus dilindəki verilişlərin həcmi 25-40% təşkil edir.
Milli azlıqların kompakt şəkildə yaşadığı rayonlarda - Xaçmazda "Xaçmaz TV", Qubada "Xəyal TV" və "Qütb TV", Lənkəranda "Cənub TV", Zaqatalada "Aygün TV" adlı yerli telekanallar fəaliyyət göstərir. 
Balakən rayonunda yerli radio ilə azsaylı xalq olan avar dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində verilişlər yayımlanır. 
Bunlardan əlavə istər dövlət, istərsə də özəl teleradio kanallarında musiqili verilişlərdə, sənədli və etnoqrafik xarakterli verilişlərdə milli azlıqların dillərindən geniş istifadə olunur.
Milli Televiziya və Radio Şurası ölkədə yayımlanan teleradio yayımçılarına milli azlıqların hüquqlarına hörmətlə yanaşmağı tövsiyə edir, yeni yaranajaq teleradio kanallardan milli azlıqların dillərindən istifadəyə meylli yayımçılara üstünlük verir.  
Bir sözlə, hər gün onların dillərində radio və televiziya proqramları yayımlanır. Dövlət radiosu tərəfindən mütəmadi olaraq, kürd, ləzgi, talış, gürcü, rus və erməni dillərində Dövlət büdcəsindən maliyyələşdirilən verilişlər yayımlanır. Balakən rayonunda avar dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində, Qusar və Xaçmaz rayonlarında yerli televiziyada ləzgi dilində verilişlər yayımlanır. Bakıda rus, kürd, ləzgi və talış dillərində qəzetlər nəşr olunur. Məsələn, “Samur” və “Dəngi Kürd” ləzgi və kürd dillərində nəşr olunur, Yəhudi Cəmiyyəti “Soxnut” isə “Əziz” qəzetini nəşr edir. 
Avropa Komissiyasının  maliyyələşdirdiyi  “Cənubi Qafqaz əlaqələri və vətəndaş həmrəyliyi” layihəsi (99/0355) çərçivəsində ölkə mətbuatında milli azlıqlar haqqında dərc olunan materialların sayı və mahiyyəti ilə bağlı 2002 –ci il 1 – 31 dekabr və 2003 –cü il 15 yanvardan 15 fevrala qədər monitorinq aparılıb. Monitorinq zamanı məşhurluq reytinqnə və bu mövzuya daha çox müraciət etmələrini nəzərə alıb 8  qəzet tədqiq olunub. Bunlar “Xalq qəzeti” və “Yeni Azərbaycan” (iqtidar), “Azadlıq” və “Yeni Müsavat” (müxalifət), “Şərq”, “525-ci qəzet”, “Zerkalo”, “Exo” (sonuncu ikisi rus dilindədir). Təhlil üçün elektron KİV-lər sırasından dövlət telekanalı  AzTV –1 və Araz radiostansiyası, müstəqil telekanallar “ANS” və “SPASE” seçilib. 
Bu, qəzetlərdəki informasiya xəbərləri, reportaj, analitik məqalələri, oçerklər, müsabiqələri, müraciətlər, mətbuat konfransları və s. tədqiq olunub. Teleradio kanallarında isə informativ – analitik, hüquqi, siyasi, tarixi – mədəni proqramlar və mətbuatın şərhi və s. araşdırılıb.
Monitorinq zamanı aydın oldu ki, 2002-ci ilin 1–31 dekabr tarixlərində “Xalq qəzeti” 21, “Yeni Azərbaycan qəzeti” 7, “525-ci qəzet” 30, “Şərq”  15, “Exo” 38, “Zerkalo” 18, “Yeni Müsavat” 31, “Azadlıq” qəzeti 18 dəfə. 
Qəzet səhifələrində gedən materiallar isə müxtəlif xarakterlidir. Bura onların ümumi-nəzəri və tarixi materialları ilə yanaşı, etnik və dini ümumiliklərin müasir vəziyyəti, ictimai təşkilatların tədbirləri haqqında məlumat və s. verilib.
Elektron KİV-lərə gəlincə 2003-cü il 15 yanvardan 15 fevralınadək milli azlıqlarla bağlı verilişlərin ümumi miqdarı AzTV1-də 30, Araz radiostansiyasında 39, “ANS”-də 10 və “SPASE”də 28 olub.
Göründüyü kimi, etnik problem Azərbaycan KİV-ləri üçün prioritet mövzu olub. Azərbaycan KİV-ləri öz materiallarında bu və ya digər dərəcədə bütün əsas etnik problemlərə diqqət veriblər. Burada kürdlər, ləzgilər, yəhudilər, talışlar haqqında tez-tez məlumatlar verilib. Avar, tat, saxur, inqiloy, gürcü, alman və başqaları haqqında 1-2 material qeyd olunub.  

Niyaz NİFTİYEV
URL / WWW
http://kelam.az/article/a-7960.html