Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » TƏRƏQQİ, TEXNOLOGIYA VƏ ELMİN VƏHDƏTİ
07.05.13 04:19

Bu məqalə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun sosial-fəlsəfə şöbəsində “Milli mədəniyyət və elm” seminarında (6.01.13) müzakirə edilmişdir. Məqalədə mədəniyyətin tərkib hissəsi olan tərəqqi, texnoloqiya və elmi arasındakı üzvü əlaqəni təqdim etmək üçün bəzi anlayışların  iqtisadiyyatla məntiqi əlaqəsi yeni bucaq altında araşdırılmışdı.
Tərəqqi 

Hesab etmək olar kı, iqtisadiyyatın zamana görə artımı tərəqqini yaradır. Yəni tərəqqi iqtisadiyyatın zamana görə birinci tərtib törəməsidir:
dİ = k dt (1)
Burada, k- tərəqqinin xarakterizə edən əmsaldır. dİ – iqtisadiyyatın dt = t2 – t1 müddətində yüksəlməsidir. Əgər bu əmsalın qiyməti zamana görə sabit olarsa, onda hər il iqtisadi yüksəliş eyni olar. Belə tərəqqi dövlət üşün kifayət sayıla bilməz, ona görə ki, zaman artdıqca həm tələbat, həm də insanların sayı artır. Deməli, tərəqqi əmsalı olan k –də zamana görə artmalıdır.
Texnologiya (tərəqqinin sürəti). Tərəqqinin zamana görə törəməsi tərəqqinin (sürəti) tərəqqisi olub, texnologiyanı xarakterizə edir. Əgər tərəqqinin sürəti zamana görə xətti olarsa, onda texnologiyanı aşağıdakı düstur ilə təyin etmək olar:
T = k1 d b/ dt = k1 dİ2 / dt2 (2)
Deməli, texnologiya iqtisadiyyatın zamana görə ikinci tərtib törəməsi ilə mütənasibdir, və ya texnologiya iqtisadiyyatı qeyri xətti inkişaf etdirən amildir. Məişətdə işlətdiyimiz telefonun son yüz ildə keçdiyi texnoloji təkamülə baxsaq, aydın görərik ki, texnologiyalarda zamana görə sabit qalmayıb, dəyişirlər.
Elm (tərəqqinin təcili). Texnologiyanın inkişaf sürəti (və ya tərəqqinin təcili) elmin İnkişafı nəticəsində baş verir. Başqa sözlə elm texnologiyanın zamana görə dəyişmdirən faktordur. Bu fikirləri riyazi olaraq aşağıdakı kimi ifadə etmək olar:
E = k2 d T / dt = k2 dİ3 / dt3
Deməli, elm iqtisadiyyatın zamana görə üçüncü tərtib törəməsindən asılıdır.
Bu səbəbdən də F.Bekon “Elm -gücdür”-demişdir. Yeri gəlmişkən qeyd edim ki, dilimizə bu kəlam “bilik -gücdür” kimi tərcümə edilmişdir. Nəzərə alsaq ki, hamının bildiyi bilik, ancaq fərdlərin bildiyi isə elmdir. Onda bu nəticəyə gələrik ki, hamının bildiyi güc ola bilməz. Elmi bilik fərqi güc ola bilər.
Biliyin vahidi. Biliyin vahidinin haqqında dürüst tərifə rast gəlmək çətindir. Mənə məlum olan tərifdə (Ì. Äàâûäîâ, Â. Ëèñè÷êèí «Ýòþäû î ïðîãíîñòèêå» Ì. «Çíàíèå», 1977) deyilir : Biliyin vahidi olaraq patent mətnində bəyan edilən, elm və texnika üçün yeni olan fakt nəzərdə tutulur.
K.Marks və F.Engels (ò.1 ñòð.569) göstərmişlər ki, elm- əvvəlki nəsillərin topladığı bilik kütləsi ilə mütənasib olaraq irəliyə doğru hərəkət edir. Başqa sözlə bu tərifi belə riyaziyyatlaşdırmaq olar:
ΔÏ = λ ( ∑ Ï) Δt
və ya
ΔÏ / Δt = λ ∑ Ï
Burada, Δt - tərəqqinin inkişaf sürətinin təyin edildiyi zaman intervalı;
ΔÏ - Δt = t2 – t1 müddətində biliyin miqdarının artımı;
ΔÏ / Δt - biliyin artım sürətidir;
∑ Ï - bəşəriyyətin tarix boyu topladığı biliyin cəmidir;
λ - dövrdən və milli dövlətdən asılı olan bir əmsaldır.
Böyük amerikalı filosof və sosioloq Thorstein Veblenin (1857 -1929) fikrincə, cəmiyyətin tərəqqisinin mühərriki iqtisadi inkişaf və sənaye istehsalıdır. Bu iqtisadi inkişaf indiki maşın dövründə sosial institutların, sosial həyatın normalarını inkişafını qabaqlayır, onları dəyişikliklərə sövq edir. Mədəni sahədə inkişafın, iqtisadi inkişafdan geri qalması cəmiyyətdə gərginlik yaradır və son nəticədə isə əvəzlənməyə səbəb olur.
Elmi inkişaf etdirən subyekt fərddir, alimlərdir. Yəni alimlər inkişafın mərkəzində duran subyektlərdi. Bu səbəbdən də dünyada alimə tarixən həmişə hörmət böyük olmuşdur. Bu səbəbdən də bu gün dünyada yaşayan alimlərin sayı, indiyə kimi yaşamış alimlərin sayından çoxdur.
Alimin cəmiyyətdə yerini aydın təsəvür etmək üçün II Cahan müharibəsi dövründə Preziden Ruzvelt ilə Eynşteyin arasında baş verən söhbət ilə məqaləyə son vermək istəyirəm.
Atom proyektinə vəsait almaq üçün ABŞ-da toplanmış dünya alimləri A.Eynşteynin ABŞ prezidenti ilə görüşünü təşkil edirlər. A.Eynşteyni prezdentin dostu olan bir polkovnik müşayət edir.
Prezident alimdən soruşur: Bomba nə boyda olacaq?
Eynşteyn: Kül qabı boyda –cavabını verir.
Prezident: Nə qədər adam öldürər?
Eynşteyn: Təqribən 20 000 nəfər -cavabını verir.
Prezident: Professor! Dünyada müharibə gedir. Mənim belə axmaq ideyalara sərf etməyə pulum yoxdur.
Professor və polkovnik otağı pərt tərk edəndə, polkovnik çıxış qapısının üstə asılmış bir şəkili göstərərək soruşur:
Cənab prezident bu nəyin şəklidir? Və cavab gözləmədən otaqdan çıxırlar.
İşdən sonra Prezident Ağ evin həyətında gəzərkən bu sual yadına düşür. Və yadına düşür ki, həmin şəkil vaxtı ilə Napoleonun saraydan qovduğu fransız ixtiraçısı Flutonun ABŞ-da düzəltdiyi paraxodun şəklidir.
Preziden Ruzvelt əllərin göyə qaldıraraq deyir: Allahım, sən məni Napolionun buraxdığı səhvdən uzaq elə. Zəngini çalaraq peferentini çağırır və yenidən A.Eynşteyn və polkovniki görüşə dəvət edir.
Şərq dünyasında da alimə həmişə yüksək qiymət verilib. Kifayətdir ki, İdris Şahın bit kəlamını yada salaq: ”Ariflər bir vaxt özləri də cahil olduqları üçün cahilləri anlayırlar. Amma cahillər nə özlərini anlayarlar, nə də arifləri. Çünki heç vaxt arif olmayıblar”. Bu mənanı özündə ehtiva edən digər kəlamı Hz.Əli söyəmişdir: “Alim şəxs, cahil və nadan şəxsi yaxşı tanıyır. Ona görə ki, alim olmamışdan əvvəl, nadan və cahil olmuşdur. Cahil şəxs isə alimi şəxsi tanımaz. Ona görə ki, cahillikdən əvvəl alim olmayıbdır”.
Beləliklə, inkişafın yüksək pilləsinə çatmaq üçüm iqtisadiyyatin zamana görə inkişafı qeyri xətti qanunla dəyişməsi təmin edilməlidir. Daha dəqiq desək, yaxşı olar ki, iqtisadiyyatın zamana görə artımı ən azından kubik qanunla dəyişsin. Belə olan halda elm yeni texnologiya, texnologiya isə tərəqqi yaradacaqdır və nəticədə ölkələr iqtisadi cəhətdən inkişaf etmiş ölkələr sırasına daxi olacaqdır. Bütün bu dinamikanın mərkəzində alim durur. 20 əsr bəşər tarixinə fikir versək, görərik ki, həmişə varlı insanlar ya padşahlar, ya da sərkərdələr olubdurlar. XXI -əsrin ən varlı adamı isə alimdir- Bill Geytsdir. Bu səbəbdən də 1000 il öncə böyük Nizami “qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlk eyləyə bilməz”- fikrini söyləmişdir. XVIII əsr fransız filosofu Lametri öz sosial təlimində hesab edirdi ki, bəşəriyyət dahi insanların hesabına inkişaf edir. Hər kəs calışmalıdır ki, bəşəriyyətin inkişafına öz töhvəsini versin. Bu fikir də Stif Cobsa məxsusdur.

Şahlar Əsgərov,
əməkdər elm xdimi
URL / WWW
http://kelam.az/article/a-7958.html