Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Ana
07.05.13 03:39

Anadır aləmin ən dahisi, ən möhtərəmi,
Anadır xilqətin ən üstünü, ən möhtəşəmi,
Vəsfinə yetmədi alim sözü, şair qələmi,
Bəşərin fəxridi, məsumdu, müşəxxəsdi ana,
Böyük Allah qədər insanə müqəddəsdi ana.
Yenə azdır, necə çox bilsək onun qədrini biz,
Vay o şəxsə anadan kimsəni tutmuşsa əziz,
Yar şirindirsə, can ondan da şirindir şəksiz,
O həmin can ki onun bəxş eləyən kəsdi ana, 
Böyük Allah qədər insanə müqəddəsdi ana.

Odur insan yaradıb dəhrə səni bəxş eləyən,
Beşiyin yırğalayıb sübhə qədər layla deyən,
Onsuz olsan da duyursan, eşidirsən onu sən,
Övladın qəlbinə girmiş əbədi səsdi ana, 
Böyük Allah qədər insanə müqəddəsdi ana.

Dara düşsən, bu geniş aləmin axirna qədər,
Sevgili, dost, qohum-əqrəba getməz, o gedər,
Qəmə qəmxarın olub dərdini öz dərdi edər,
Sənə tuşlanmış olan dərdlərə məhbəsdi ana,
Böyük Allah qədər insanə müqəddəsdi ana.

Ayağı altını cənnət buyurub Peyğəmbər,
Bu yetər, Arif əgər məğzini dərk etsə bəşər,
Ananın qədrini bil mərtəbə istərsən əgər,
Hər iki mülkdə xoşbəxtlik üçün bəsdi ana,
Böyük Allah qədər insanə müqəddəsdi ana.

Əziz PÜNHAN
URL / WWW
http://kelam.az/article/a-7957.html