Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Məbəs günü
07.05.13 03:36

Ruzi-Məbəsdi, gəlib həqqin ədalət xəbəri,
Şükrlillah bəşərə çatdı səadət xəbəri,
Verdi həq Əhmədi-Muxtarə risalət xəbəri,
Aləmin sahibi İslama həyat bəxş elədi,
Öz həqir bəndələrinə dərəcat bəxş elədi.
Elə bir kimsə seçildi bəşərin sərdarı,
Ki onun hərşə qədər olmayacaq təkrarı,
Baxışı, nitqi, ədası, rəvişi, rəftarı,
Elə bir həddədi çatmaz ona naqis bəndə,
Kim qiyas etməyə qalxarsa, olar şərməndə.

Əhli-eşqə bu günün hadisəsi məlumdur,
Eşqdən, vay ola ol kimsəyə ki, məhrumdur,
O ki həm ailəsi, həm də özü məsumdur,
Bəşəri ismi Muhəmməddi, səlam olsun ona,
Ki risalət də onun ismi ilə çatdı sona.

Bu gün elan elədi həq bəşərə kim-kimdir,
Ki xəlayiq onu dərk eyləməyə təhkimdir,
O ki Allahına çakərdi, bizə hakimdir,
Buna kim şəkk eləsə, şəkk eləyər Allaha,
Lənət olsun düzü yoldan çıxaran gümraha.

Ruzi-Məbəs bərəkət gördüyü gündür bəşərin,
Saldı göydən yerə həq lütfü inayət nəzərin,
Qoydu Mahmud başına tac ki onun simu zərin,
Düzdü nəqqaşı ülumü ədəbü hikmətdən,
Kimsə yox cilvələnə hüsnü belə zinətdən.

Gülşəni-eşqdə seyr et bu gülün rütbəsini,
Ənbiya səbz kimi tutmuş onun dövrəsini,
Ləçəyin öpməyə gözlər hərə öz növbəsini,
Bizə də yarpağın öpmək ola qismət o gülün,
Bizi də məst edə ətrindəki ləzzət o gülün.

Surəti məhbəsi-zülmati çıraqban elədi,
Qədəmi yer üzünü rövzeyi-rizvan elədi,
Bir kəsin vəsfini ki ayəti-Quran elədi,
Nə dedim nəqs sözümlə ona mən bəxtiqara,
Bir özün fikr elə misgər hara, saf inci hara ?

Bəni-Adəmdə bu ağırlığa diz tab eləməz,
Nura dönsə belə aydınlığa göz eləməz,
Bu günün rəhmətinin şərhinə söz tab eləməz,
Arifəm, istəyim ancaq bəşəri təbrikdir,
Xəlqi insanlığa, mərdanəliyə təhrikdir.

Əziz PÜNHAN

URL / WWW
http://kelam.az/article/a-7956.html