Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Əziz dostum Hacı Arif Buzovnalının "Öpüm" şerinə nəzirə
07.05.13 03:28

Yaman darıxmışam gülüm səninçün,
Elə istəyirəm üzündən öpüm.
Qucaqlayıb səni basım bağrıma,
Gözümə bağlanan gözündən öpüm.
O ala gözlərin dəniz tək dərin,
Əlimdə əsirdi bəyaz əllərin.
Gəlki zərgər bilər qədrini zərin,
Mənə can deyəndə sözündən öpüm.

Yaxında da olsan uzaqsan məndən,
Sanki ruh ayrılıb təndən, bədəndən.
Mənli günlərimdə qucuban hərdən,
Öpüb oxşadığın izindən öpüm.

Tək sənə maildi bu Əziz Pünhan,
Hər nəfəsdə edər, eşqini elan.
Qərq olum zülfündə ey qaşi-kəman,
Yüzünü oxşuyum, yüzündən öpüm. 

Əziz PÜNHAN
URL / WWW
http://kelam.az/article/a-7954.html