Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Dostum, hörmətli Dağlar müəllimə ithaf
07.05.13 03:23

Salam olsun sənə ey xilqəti gözəl insan,
Üzü nurlu, işıqlı, həm xasiyyəti gözəl insan.
Həyatda hər nə lazımsa sənə bəxş eyləmiş xaliq,
Ədəb-ərkan xoş əxlaq, həmçü niyyəti gözəl insan.
Səni kamil bilib Allah, edib insanlara rəhbər.
Hüquq elmin bilən elm əhlinə yol göstərən məhvər.
Ədalət eyliyə bilsən yəqin bil ey ulu sərvər,
Fəzai-həqqə saldın çün rəiyyəti, gözəl insan.

Şahan-şahlar  gəlib-getmiş çoxu əfsus çəkib hər an,
Veriblər fürsəti badə, əlindən çıxmış ol fərman.
Edərlər aruzu ey kaş gələ birdə belə dövran,
Salardı razı güya bu cəmiyyəti, gözəl insan.

Özün gördün ki, dostun əymədi Allahına başi,
Həmişə sözdə söhbətdə həqir sandı yoldaşi.
Bu gün halın soran yoxdur nə dostu var, nə sirdaşi,
Əzəldən çünki bəd olmuşdu tinəti, gözəl insan.

Sevin qardaş, hər iki aləmə mərifətin vardır,
Peyəmbər əhlibeytinə, Qurana hörmətin vardır.
İlahi pay kimi, əqlu kəmal tək dövlətin vardır,
Qoruyar Xaliqi-Subhan bu şövkəti gözəl insan.

Əziz Pünhan sənə sadiq, vəfalı dostdur Dağlar,
Bu dostluğu cahanda, həm də məhşərdə gözəl saxlar.
Qiyamətdə şəfaətçün  öz cəddinə ümid bağlar,
Yəqindir cəddimiz qırmaz bu ülfəti gözəl insan.

Əziz PÜNHAN
URL / WWW
http://kelam.az/article/a-7952.html