Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Ey ulu öndər
07.05.13 03:21

Sənsən bu vətənin igid övladı,
Adınla bağlıdır  bu xalqın adı.
Hər sözün əməlin bizə doğmadı,
Hər sevən ürəyə yazılıb Heydər.
Ey ulu öndər.
Hikmətin bürüyüb bütün aləmi,
Hər qəlbdə titrədir ən nazik simi.
Bu xalqa baharın carçısı kimi,
Əsl azadlıqdan gətirdin xəbər.
Ey ulu öndər.

Düşmən üstümüzə qıcıdanda diş,
Onları xar etdi gördüyün hər iş.
İstəyin azadlıq əmrin yüksəliş,
Ucaltdın bu xalqı göylərə qədər.
Ey ulu öndər. 

Pozmadın vətənçün içdiyin andı,
Qayıtdın, insanlar eşqinlə yandı.
Hər kəs səni seçdi, sənə inandı,
Çəkdiyin zəhmətlər getmədi hədər.
Ey ulu öndər.  

Vətənin yolunda canı qoydun sən,
Yatmış Azərbaycan oyandı birdən.
Tanındı dünyaya bu ulu vətən,
Hər qitə eylədi adını əzbər.
Ey ulu öndər.  

Güldü şəhərlərin, kəndlərin üzü,
Bu  nurdan kor oldu düşmənin gözü.
Cəsarət, ucalıq, sədaqət sözü,
Oldu varlığınçün yazılmış əsər.
Ey ulu öndər. 

Sənin əsərində bu vətən tamam,
Bu yolda mətindir övladın İlham.
Sənə sonsuz rəhmət, sonsuz ehtiram,
Söylər Əziz Pünhan, ey ulu rəhbər.
Ey ulu öndər.  

Əziz PÜNHAN

URL / WWW
http://kelam.az/article/a-7951.html