Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Paytaxtın IV sinif şagirdləri riyaziyyat fənnindən test imtahanı veriblər
18.02.10 03:20

Bu gün Bakının Nərimanov rayonunda yerləşən məktəblərin IV sinif şagirdləri riyaziyyat fənnindən test yoxlamasından keçiblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən veriblər. BŞTİ-nin 2010-cu il üçün qəbul olunan Fəaliyyət Planına əsasən eksperiment xarakteri daşıyan ilk yoxlamada 1955 şagird iştirak edib. Hər birində 15 sual olmaqla 10 variant tərtib olunub. Sualları cavablandırmaq üçün şagirdlərə 45 dəqiqə vaxt ayrılıb. Yoxlamanın cavabları 3 gün ərzində bəlli olacaq. Qeyd edək ki, sınaq testlərinin Bakının digər rayonlarında yerləşən məktəblərdə də təşkil olunacağı gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-795.html