Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Naxçıvanlı tələbələr üçün “Təhsildə müasir texnologiyalardan istifadə” adlı beynəlxalq kurs gerçəkləşib
03.05.13 19:49

Naxçıvan Müəllimlər İnstitutunda “Təhsildə müasir texnologiyalardan istifadə” adlı beynəlxalq kurs gerçəkləşdirilib. “Azadinform” xəbər verir ki, gerçəkləşən tədbir Doğu Akdeniz Universiteti və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. AKDC sədri və eyni zamanda DAU Qazaxıstan üzrə təmsilçisi Orxan Həsənoglu bildirib ki, bir müddət öncə adıçəkilən təhsil ocaqları arasında əməkdaşlığa dair Memorandum imzalanıb. AKDC sədri deyib ki, qısa müddətdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru və Ali Məclisin deputatı professor Oruc Həsənlinin dəstəyi ilə iki universitet arasında qarşılıqlı əlaqələr daha da genişlənib.

Gələcəyin gənc müəllimləri və eyni zamanda institutun professor-müəllim heyətinin qatıldığı beynəlxalq kurs iştirakçılar tərəfindən maraqlan qarşılanıb.
Doğu Akdeniz Universitetinin müəllim və professor heyətinin iştirakı ilə baş tutan 7 günlük kursa 150-dən artıq dinləyici qatılıb.
O.Həsənoğlu bildirib ki, 2013-cü il Prezident İlham Əliyev tərəfindən İnformasiya Kommunikasiya Texnologiyaları ili elan olunduğundan bu proqrama dəstək vermək məqsədilə, bu cür kursların ilin sonuna qədər digər bölgələrdə də reallaşdıracaqlar. Onun bildirdiyinə görə önümüzdəki aylarda Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən orta və ali təhsil ocaqlarında müəllim və tələbələr üçün belə kurs təşkil olunacaq.
“Şimali Kiprdə fəaliyyət göstərən beynəlxalq universitetlərin təcrübəli professor-müəllim heyətinin dəstəyindən istifadə edərək ölkəmizdə təhsilin  bütün sahələrinin inkişafına və eyni zamanda müasir təhsilin ayrılmaz hissəsi olan elektron lövhələrdən düzgün istifadə sayəsində çox keyfiyyətli bir nəticə əldə etmək mümkündür” - deyə AKDC sədri bildirib.

URL / WWW
http://kelam.az/article/a-7943.html