Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Nuh türbəsi Naxçıvan şəhərinin cənub tərəfində yerləşir
03.05.13 18:40

Nuh türbəsi Naxçıvan şəhərinin cənub tərəfində Köhnəqala adlanan ərazidə memarlıq abidəsidir. Əfsanəyə görə, dünya tufanı zamanı Nuh peyğəmbərin gəmisi Naxçıvan ərazisindəki İlandağa toxunmuş, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salmışdır. Qədim abidə 2007-2008-ci illərdə tarixi mənbələr nəzərə alınmaqla bərpa olunmuş, ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılmışdır.
K.A.Nikitinin «Naxçıvan şəhəri və Naxçıvan qəzası» adlı məqaləsində Həzrəti Nuh Peyğəmbərin buradakı məzarı və türbəsi aşağıdakı kimi təsvir olunmuşdur: «Nuhun qəbri Naxçıvan şəhərinin cənub tərəfində, qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. Məzarın hazırkı görkəmi 8-ci yüzillikdə bərpa edilmişdir. Indiki görkəmdə məzar yerdən qalxan, çox da böyük olmayan türbəni xatırladır. əvvəlcə burada məbəd olmuş, sonra uçub dağılmışdır.
Hazırkı türbə keçmiş məbədin aşağı mərtəbəsinin qalıqlarından ibarətdir. Məbədin pilləkanlarla aşağı düşmək tələb olunan interyeri dairəvi, ortadan daş dirəklə möhkəmləndirilmiş, sərdabə tipindədir. Rəvayətə görə həmin dirəyin altında Nuhun cənazəsi yerləşir. Sərdabədə obrazların və bəzəklərin təsviri yoxdur. Sərdabənin divarları ağardılmış, səyyahların vıə ibadətə gələn zəvvarların müxtəlif dillərdə olan adları ilə yazılıb doldurulmuşdur». V.M.Sısoyev əsərində «Nuhun türbəsi» haqqında məlumat verərkən sərdabənin tərəflərin 2,5 metr olan səkkizguşəli prizma şəklində olduğunu qeyd etmişdir. Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli (1892-1922) XX əsrin əvvəllərində yağlı boya ilə Naxçıvan şəhərindəki Nuhun türbəsini naturadan şəklini çəkmişdir. Əsərdə Nuh peyğəmbərin türbəsi ilə yanaşı türbənin yerləşdiyi ərazi də təsvir edilmişdir.

Naxçıvanda Nuhun qəbri ilə bağlı xeyli əfsanələr var. Əfsanəyə görə dünya tufanı zamanı Həzrəti Nuh peyğəmbərin gəmisi Naxçıvan ərazisindəki Ilandağa toxunmuş, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salmışdır. Həmin yerin Gəmiqaya adlandırılması, bu frazidə Nəbi yurdu adlanan yaylaq yerinin və yaxınlıqda Nuhdaban adlanan qədim yaşayış məskəninin mövcud olması əfsanədə öz əksini tapan mətləblərin gerçəkliyə uyğunluğunu ehtimal etməyə əsas verir. Həzrəti Nuh peyğəmbərlə bağlı  rəvayətlərdə hətta onun özünün və bacısının məzarlarının Naxçıvan şəhərində olması barədə məlumatlar öz əksini tapmışdır. Nuhun türbəsinin Naxçıvanda olması haqqında I.Şopen, Dyubua-de Monpere, K.A.Nikitin, V.M.Sısoyev və digər tədqiqatçılar məlumat vermişlər.  

XIX əsrin 80-ci illərində Naxçıvan şəhərində yaşayıb pedoqoji fəaliyyətlə məşğul olmuş rus maarifçisi K.A.Nikitin yerli əhalinin köməyi ilə Nuh peyğəmbərinbu qədim diyarla əlaqəsinə dair rəvayətləri toplayıb yazıya almış və onun buradakı məzarının yerini müəyyənləşdirmişdir. 
URL / WWW
http://kelam.az/article/a-7941.html