Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK Lənkəranda müəllimlər üçün seminar-məşğələlərə start verib
17.02.10 23:20

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Lənkəran regional bölməsində növbəti tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlərə start verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Məşğələlərdə müəllimlər qəbul imtahanlarında nəzarətçi müəllimlərin vəzifələri və göstərəcəkləri fəaliyyətlərin məzmunu ilə ətraflı tanış olub, onların sualları cavablandırılır. Məşğələlərin səmərəliliyini təmin etmək üçün əyani vəsaitlərdən və videomateriallardan istifadə edilir. Seminar-məşğələlərdə Lənkəran rayonunun 294 müəlliminin iştirakı nəzərdə tututur. Lənkəran şəhər 1 saylı orta məktəbdə keçirilmiş ilk iki seminar-məşğələlədə 73 nəfər iştirak edib. TQDK-nın Lənkəran regional bölməsinin əməkdaşları tərəfindən aparılan bu məşğələlər fevralın 19-dək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-794.html