Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ayətullah Seyyid Əli Xamenei məzhəblərarası və etnik münaqişələrdən danışdı
30.04.13 03:16

Bu gün Tehranda başlayan “Ümmət alimləri və İslami Oyanış” konfransında İranın Ali Dini lideri Ayətullah Seyyid Əli Xamenei giriş sözüylə çıxış edib. O, dünya səviyyəsində başlayan İslami oyanış hərəkatının İslam düşmənləri tərəfindən məzhəblərarası və etnik münaqişələrə çevrilməsi cəhdlərinə toxunaraq deyib: “Qərb və sionist kəşfiyyat orqanları neft pulları və xəyanətkar siyasətçilərin əliylə Asiyanın şərqindən Afrikanın şimalına qədərki müsəlman məmləkətlərində, xüsusilə ərəb ölkələrində məzhəbi qarşıdurmaları alovlandırmağa çalışırlar.” 
Liviya, Tunis, Suriya, Pakistan, İraq və Livandakı siyasi vəziyyəti təhlil edən Ayətullah Xamenei deyib: “Qərbin apardığı təbliğatla yanaşı regiondakı muzdur və asılı media orqanları da Suriyadakı dağıdıcı müharibələri sünni-şiə konflikti kimi təqdim edir. Bununla da, həm sionizmin, həm də Suriya və Livandakı müqavimət düşmənlərinin təhlükəsizliyini təmin etmiş olurlar. Halbuki, Suriyada bir-biriylə döyüşən tərəfləri sünnilər və şiələr yox, İsrailin dostları və düşmənləri kimi adlandırmalıyıq. İslami prinsiplərə möhkəm bağlılıq və ümmətin səhnədə aktiv iştirakı düşmənlərin məqsədini, hiyləsini və yalanlarını zərərsizləşdirmək üçün iki ən əsas faktordur.” 

Daha sonra islami oyanışın hüdudlarına toxunan dini lider bu oyanışın əlamətlərinin artıq bütün dünya üzrə müşahidə edilməkdə olduğunu qeyd edib. 

Ayətullah Xamenei islami oyanışın gələcək məqsədlərinin ciddiliyinə toxunaraq vurğulayıb ki, bu hərəkatın amalı yalnız parlaq ümumdünya İslam sivilizasiyanın qurulması olmalıdır.

İki gün davam edəcək konfransda müsəlman və qeyri-müsəlman ölkələrindən təqribən 700 nəfər din alimi iştirak edir.
URL / WWW
http://kelam.az/article/a-7937.html