Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ulu Öndərin 90 illik yubileyi münasibəti ilə dini icmalar ağacəkəmə aksiyası keçirəcəklər
27.04.13 23:02

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Tolerantlıq Mərkəzi”nin təşəbbüs layihəsi çərçivəsində Sumqayıtda müxtəlif konfessiyalara (müsəlman, yəhudi, xristian) mənsub dini icmaların iştirakı ilə "Yaşıl dünyamızı birgə qoruyaq" adlı ağacəkmə aksiyası keçiriləcək. Aksiyada Dövlət Komitəsinin rəhbərliyi, o cümlədən ölkəmizdə fəaliyyət göstərək dini konfessiyaların rəhbərləri də iştirak edəcəklər. 


Aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühitin qorunması və müxtəlif dini etiqadlı insanlar arasında qarşılıqlı anlaşmanın, bir-birinə dözüm və hörmətli münasibətin möhkəmləndirilməsinə kömək, Azərbaycanda dini tolerantlığın daha da inkişafına töhfə, dini icma nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və onların Ümummilli Lider Heydər Əliyev ideyaları ətrafında birləşdirilməsidir.

Qeyd edək ki, aksiya çərçivəsində 9 min ağacın əkiməsi nəzərdə tutulur. İlkin mərhələdə 1000 ağac əkiləcəkdir.
URL / WWW
http://kelam.az/article/a-7934.html