Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Xaricdə təhsil alan gənclərimiz mükafatlandırıldı
27.04.13 22:45

Şimali Kiprin Doğu Akdeniz Universitetində təhsil alan azərbaycanlı gənclərin adı “Şərəf və Yüksək Şərəf” listəsinə daxil edilib. Bu barədə “Azadinform”a Doğu Akdeniz Universitetində təhsil alan azərbaycanlı tələbə və bu ilin nəticələrinə görə adı geçən universitetin “Şərəf” siyahısına daxil edilən Cəfər Mənsimi məlumat verib. Onun sözlərinə görə, Avropanın və dünyanın tanınmış universitetlərindən sayılan Doğu Akdeniz Universitetində ənənəvi olaraq “Şərəf və “Yüksək şərəf” tədbiri həyata keçirilərək, təhsilində birincilik əldə edən gənclərə “Şərəf” və “Yüksək şərəf” tələbə statusu verilir və həmin gənclərə bu münasibətlə sertifikatlar təqdim edilir. Və eyni zamanda həmin tələbələrin adı  universitetin “Şərəf” və ya “Yüksək şərəf” siyahısına əlavə edilir.  Bu tədbir universitetdə fəaliyyət göstərən fakultələrdə müxtəlif zamanlarda keçirilir. Sonuncu belə tədbir bu gün gerçəkləşdirilib.
Tədbirdə bu ada layiq görülmüş tələbələr və onlar müəllimləri çıxış ediblər. Müəllimlər bu ada görə tələbələri təbrik edib və gələcək akademik həyatlarında onlara uğurlar arzulayıblar.
Bundan başqa tədbirdə  Doğu Akdeniz Universitetinin Akademik işlər üzrə rektor yardımcısı Osman Yılmaz çıxış edərək, o da öz növbəsində tələbələrə akademik həyatlarında nəaliyyətlər arzulayıb: “Bu akademik həyatınızın başlanğıcında əldə etdiyiniz uğurlardır. Hər birinizi ürəkdən təbrik edirəm. Əminəm ki, belə uğurlarınız davamlı olacaq və ölkənizə tam peşakar kadr kimi geri dönəcəksiniz. Çünkü burada tam peşakar kadr kimi yetişməyiniz üçün Sizlərə hər cür şərait yaradılıb”.
Təhsilində öncül olub, bu statusu qazan xarici tələbələr arasında azərbaycanlı tələbələr də var. Belə ki, “Şərəf” və “Yüksək şərəf” statuslu tələbər arasında Kamran Əliyev, Toğrul Sultanov, Tofiq Hüseynov və başqaları olmaq üzrə bu ada layiq görülən tələbələrimizin ümumi sayı 43 nəfərdir. 2012-2013–cü il Yaz dönəmi ərəfəsində təhsilinə görə “Şərəf” satusunu qazanan  azərbaycanlı tələbələrin sayı 18, “Yüksək şərəf” statuslu tələbələrimizin sayı isə 23-dür. 
Qeyd edək ki, keçən illərdə “Şərəf və Yüksək Şərəf” listəsinə adı geçən universitetin tələbəsi və eyni zamanda DAU Azərbaycan Tələbə Cəmiyyətinin prezidenti Elçin Süleymanovun da adı əlavə edilib. 
Məlumat üçün bildirək ki, Doğu Akdeniz Universiteti bir kampus universitetidir. Bütün tələbələr bir yerdədir. Onlar birlikdə bir çox fəaliyyət növləri ilə məşğul olurlar. Davamlı olaraq istədikləri hər bir şeyi kampus içərisində tapa bilərlər. Şəhərcikdə tələbələrin idman fəaliyyətlərini həyata keçirmələri üçün də lazımlı şərait var.
Universitetidə 50-dən çox tələbə klubu fəaliyyət göstərir. Universitetin 140.000-dən çox kitaba malik elektron kitabxanası var.
Tələbəyə təkcə diplom verilmir. Kampusun içində digər millətlərdən olan tələbələr də üstünlük təşkil edir, onlar bir-biriləri ilə ünsiyyət qurur və dünyagörüşləri inkişaf edir. Texnoloji imkanlardan həmişə yararlanmağa çalışılır. Çox zəngin laboratoriya mövcuddur. Kiprin yeganə dövlət universitetidir. Amma özəl universitet kimi davranır. Öz xüsusi büdcəsi var. Dövlətdən də dəstək alır. Təhsil səviyyəsinin yüksək olması, mədəni mühitdə ingiliscə təhsilin verilməsi tələbələrin DAU-ya marağını artırır. Burada dünyada qəbul edilcək bir səviyyədə təhsil verirlir. Doğu Akdəniz Universiteti dünyanın ilk min ən yaxşı universiteti siyahısına daxil edilib. Şimali Kiprin ilk və yeganə dövlət universiteti olan bu təhsil ocağında hazırda  14 min tələbə, o cümlədən 490 azərbaycanlı təhsil alır. Azərbaycanlı tələbələr təhsilə münasibəti və ictimai fəaliyyətləri ilə seçilirlər. Onlar burada təhsilin bütün pillələrində yüksək təhsil alırlar. Universitetin qərarı ilə azərbaycanlı tələbələr təhsil haqqının yarı hissəsindən azad olunublar.
URL / WWW
http://kelam.az/article/a-7933.html