Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Şura “Elm haqqında” qanun layihəsinin ictimai müzakirəsini keçirib
25.04.13 20:49

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında toplaşmış, elm sahəsində fəaliyyət göstərən 27 QHT rəhbərinin iştirakı ilə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə edilib. toplantını açan Şura sədri Azay Quliyev ölkə üçün mühüm əhəmiyyət kəsb edən bu qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılmazdan öncə QHT-lərin müzakirəsinə verilməsini müsbət praktika kimi dəyərləndirərək təşkilat rəhbərlərindən ciddi rəy və təkliflər gözlədiyini bildirib. 

Müzakirələrdə çıxış edən QHT rəhbərləri Rəna Mirzəzadə, İlqar Orucov, Məhərrəm Zülfüqarlı, Adil Əsədov, Ruslan Atakişiyev, Etibar Əliyev, İbrahim Əliyev, Yusif Ağayev, Əhməd Qəşəmoğlu, Niyazi Həsənov, Hüseyn İbrahimov, Teymur Muradov, eləcə də  Sahib Məmmədov, Şahin Rəcəb, Vüsalə Hüseynli və başq1aları qanun layihəsilə bağlı öz fikirlərini bildirərək, əlavə təkliflərini səsləndiriblər. 
Müzakirələr çox geniş diskussiyaya səbəb olduğundan bütün təklif və düzəlişlərin ümumiləşdirilməsi və bir daha müzakirədən keçirilməsi üçün 7 nəfərdən ibarət redaksiya komissiyasının yaradılması qərara alınıb. Ümumi razılıq əsasında komissiyaya aşağıdakı QHT rəhbərləri daxil edildi:
1.Etibar Əliyev, XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri (komissiyanın əlaqələndiricisi)
2. İlqar Orucov, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri
3. Əhməd Məmmədov, “Sağlam Həyat Mədəniyyəti” İctimai Birliyinin sədri
4. Ruslan Atakişiyev, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri
5. Mayis Əliyev, Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri
6. Hüseyn İbrahimov, Sosial-Mədəni Dəyişiklərin Öyrənilməsi ictimai Birliyinin sədri
7. Adil Əsədov, Fəlsəfi Maarifçilik Assosiasiyası İctimai Birliyinin sədri
Qanun layihəsinə rəy və təklifləri bir həftə ərzində toplayıb ümumiləşdirmək və Şura rəhbərliyinə təqdim etmək komissiyaya tövsiyə edilib.  
URL / WWW
http://kelam.az/article/a-7932.html