Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » QHT “Gənclərin ümumi təhsilə cəlb edilməsi təşəbbüslərinin dəstəklənməsi” layihəsinin icrasına başlayıb
25.04.13 16:16

“İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənclərin ümumi təhsilə cəlb edilməsi təşəbbüslərinin dəstəklənməsi” layihəsinin icrasına başlayıb. Layihənin əsas məqsədi gənclərinin ümumi icbari təhsilə cəlb edilməsi təşəbbüslərini dəstəkləmək, Azərbaycan hökumətinin bu istiqamətdəki fəaliyyətini təbliğ etmək, savadlı sağlam gənc nəslin formalaşmasına yardımçı olmaq, onlarda liderlik bacarığını üzə çıxarmaqdır.  
Bakı şəhər, Binəqədi qəsəbəsində həyata keçiriləcək layihə çərçivəsində  gənclər arasında təhsilə marağın artırılması təmin ediləcək. Bu məqsədlə maarifləndirmə işi aparılacaq. Bukletlər nəşr olunacaq. Şagirdlərin,  müəllimlərin, valideynlərin və ictimaiyyətin digər  nümayəndələrinin iştirakı ilə Dəyirmi masalar təşkil olunacaq.  Yuxarı sinif şagirdlərinin təhsillə əhatə olunmasından ötrü valideynlərlə evlərdə fərdi söhbətlər aparılacaq. Bu zaman davamiyyəti zəif olan 10 ailə seçiləcək. 
Layihənin icra müddəti 4 aydır. 
URL / WWW
http://kelam.az/article/a-7930.html