Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunmasına vətəndaş cəmiyyətinin dəstəyi” adlı layihənin icrasına başlanılıb
25.04.13 16:04

“Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” İctimai  Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunmasına vətəndaş cəmiyyətinin dəstəyi” adlı layihənin icrasına başlayıb. Layihənin məqsədi kütləvi informasiya vasitələrində ədəbi dilin qaydalarının qorunmasına çalışmaq, mətbuatda dilimizin düzgün ifadə edilməsinə səy göstərməklə, jurnalistləri birbaşa, oxucuları isə dolayısı yolla bu istiqamətdə maarifləndirməkdir. 
Layihə çərçivəsində KİV əməkdaşlarını ədəbi dilin qorunması ilə bağlı Qaydalar, dövlət sənədləri və Nazirlər Kabinetinin qərarları ilə tanış ediləcək, ədəbi dilinin qorunması istiqamətində qəzet, jurnal və informasiya agentliklərində çalışan müxbir heyətin peşəkarlıq səviyyəsini artırmaq üçün treninqlər təşkil olunacaq, mətbuatda alınma sözlərdən istifadənin vəziyyətinin araşdırılması və Terminologiya Komissiyasının iştirakı ilə treninqlər keçiriləcək.  
Layihə çərçivəsində Araz FM-də hər həftə bir gün 30 dəqiqəlik efir vaxtı ilə müzakirələr təşkil olunacaq. 
URL / WWW
http://kelam.az/article/a-7929.html