Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Şuranın maliyyə yardımı ilə “Ətraf mühitin mühafizəsi təşəbbüslərinə dəstək” adlı layihənin icrasına başlanılıb
24.04.13 18:40

“Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ətraf mühitin mühafizəsi təşəbbüslərinə dəstək” adlı layihənin icrasına başlayıb. Layihənin məqsədi ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işini təşkil etməkdən ibarətdir. Həmçinin, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş Dövlət və Milli proqramların yerinə yetirilməsi ilə bağlı görülən işləri və mövcud problemləri cəmiyyətdə təbliğ etməkdir. 
Layihənin vəzifələrinin icrası zamanı əsasən maarifləndirməyə üstünlük veriləcək. Həyata keçirilən yaşıllaşdırma, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə siyasəti daha geniş təbliğ olunacaq.  
Layihənin icra müddəti 4 aydır. 

URL / WWW
http://kelam.az/article/a-7928.html