Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » "Seçkilər Azərbaycan xalqının öz ölkələsinin idarəçiliyindəki oynadığı rolun göstəricisidir"
24.04.13 17:43

"Azərbaycan Respublikasında seçkilərin keçirilməsi, Azərbaycan xalqının öz ölkələsinin idarəçiliyindəki oynadığı rolun göstəricisidir". İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bü gün keçirdiyi mətbuat konfransında bildirib. ANS PRESS-in İranın ölkəmizdəki səfirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, brifinqdə İran – Azərbaycan münasibətlərinə, eləcə də bu ölkədəki son cərəyanlara toxunularaq qeyd edilib ki, İran İslam Respublikası və Azərbaycan Respublikasının müxtəlif səviyyələrdə bir çox ortaqlıqları və yaxşı münasibətləri mövcuddur və bu əlaqələrin istiqamətlərini dəyərləndirmək üçün, münasibətlər bütün sahələrdə genişləndirilməlidir.


Mehmanpərəst Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkilərinə də diqqət yetirərək, bildirib: “Azərbaycan Respublikasında seçkilərin keçirilməsi, Azərbaycan xalqının öz ölkələsinin idarəçiliyindəki oynadığı rolun göstəricisidir və biz ümid edirik ki, Azərbaycan Respublikasının xalqı seçkilərdə çox fəal iştirak edəcək. Biz qonşularımızla ən yaxşı münasibətlərdə olmağı istəyirik”.

O həmçinin Azərbaycan Respublikasında bəzi anti-iran cərəyanlar tərəfindən edilən hərəkətlərə toxunaraq, vurğulayıb: "Biz bu anti-iran hərəkətləri təxribat sayır və hesab edirik ki, bizim yaxşı münasibətlərə xələl gətirmək istiqamətindəki fəaliyyətlərin qarşısının alınması üçün hər iki ölkə rəsmiləri birgə səy göstərməlidirlər".
URL / WWW
http://kelam.az/article/a-7927.html