Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elşad İsgəndərov: “Azərbaycan pozitiv dünyəviliyin örnəyidir”
24.04.13 16:07

Ukraynada keçirilən III Kiyev Dinlərarası Forumunda Azərbaycandan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyəti ilk olaraq ulu öndər Heydər Əliyevin Kiyevin mərkəzində yerləşən abidəsini ziyarət edib. Komitədən verilən məlumata görə, Forumun açılış mərasimində çıxış edən DQİDK-nın sədri Azərbaycanda dövlət-din münasibətləri barədə iştirakçıları məlumatlandırıb və ölkəmizin dünyaya örnək ola biləcək tolerantlıq modelinin səciyyəvi cəhətləri barədə danışıb. Dünyəvi dövlət modellərinin qlobal səviyyədə dinin mötədilliyinə təsir göstərən faktor olduğunu qeyd edən Elşad İskəndərov Azərbaycanda məhz “pozitiv dünyəvilik” modelinin inkişaf etdiyini vurğulayıb. Belə ki, bu model çərçivəsində dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin din sahəsinə qayğı və dəstəyi hər zaman yüksələn xətt üzrə inkişaf etməkdə olduğunu bildirib.
Daha sonra sədr Prezident İlham Əliyevin “tolerantlıq və multikulturalizm Azərbaycan xarakterinin tərkib hissəsidr” tezisini açıqlayaraq bu modelin ölkəmizin milli tarixi və milli kimliyi ilə səsləşdiyini bildirib. O, buna misal olaraq Qırmızı qəsəbə, rus kilsəsi  və digər yer və ibadətgahların qorunması, həmçinin ölkədə məscidlərin sayının müstəqillikdən sonra 17-dən 1800-ə çatmasının ölkə başçısının sözlərinin bariz nümunələri olaraq çəkib.
Qeyd edək ki, Ukrayna Ali Radasının üzvü, Ukrayna Dinlərarası Forumnun sədri Aleksandr Feldmanın təşəbbüsü ilə keçirilən Forumda 30-dan çox ölkənin din, ictimaiyyət və siyasət adamları iştirak edir. Səfər çərçivəsində Komitə sədrinin Belçika Krallığı Senatının Prezidenti Anna Maria Lizinlə, Ukraynanın hökumət və müxtəlif dini konfessiyaların rəhbərləri ilə görüşləri nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-7926.html