Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » BŞTİ təhsil müəssisələrində Xocalı soyqırımının qeyd edilməsi məqsədilə xüsusi Tədbirlər Planı hazırlayıb
18.02.10 03:39

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Xocalı soyqırımının on səkkizinci ildönümünün qeyd edilməsi məqsədilə xüsusi Tədbirlər Planı təsdiq olunub. BŞTİ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirlər planına müvafiq olaraq təhsil müəssisələrinin rəhbərlərinə tapşırıq verilib ki, Xocalı soyqırımının on səkkizinci ildönümünün qeyd olunması məqsədilə ümumtəhsil məktəblərində, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində toplantılar, ədəbi-bədii gecələr keçirilsin, sənədli və bədii filmlər nümayiş etdirilsin, soyqırımın şahidi olanlarla və müharibə veteranları ilə görüşlər təşkil edilsin, “Xocalı faciəsi XX əsrin ən dəhşətli faciəsidir” mövzusunda inşa yazı müsabiqəsi təşkil olunsun, soyqırıma həsr olunan foto-stendlər, guşələr hazırlansın, divar qəzeti buraxılsın, rəsm sərgiləri təşkil olunsun. Tədbirlər planında o da qeyd olunub ki, 18-26 fevral tarixlərində təhsil müəssisələrinin əməkdaşlarının və şagirdlərin Xocalı soyqırımı abidəsinə ziyarəti təşkil edilsin. Fevralın 26-da isə ümumtəhsil məktəblərində, məktəbəqədər, məktəbdənkənar tərbiyə müəssisələrində ilk dərs və məşğələlər Xocalı soyqırımına həsr olunsun.
URL / WWW
http://kelam.az/article/a-792.html