Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » İlhamə Quliyeva jurnalistlərə qadağa qoydu
17.04.13 20:38

Aprelin 19-da xalq artisti İlhamə Quliyeva oğlunun toyu olacaq. Sənətkarın mətbuat katibi Faiq Ələkbərlinin “Azadinform”a verdiyi məlumata görə, KİV nümayəndələri toya buraxılmayacaqlar: “Sənətkarın bu xoş gününə dövlət və hökumət nümayəndələri, səfirlər, ziyalılar, mədəniyyət və incəsənət xadimləri, bir sözlə tanınmış və nüfuzlu şəxslər dəvətlidirlər. Bildiyiniz kimi, dördüncü hakimiyyət nümayəndələrinə, yəni jurnalistlərə hər zaman böyük hörmət və rəğbətlə yanaşan İlhamə xanım Quliyeva bütün yaradıcılıq planlarını, sənət uğurlarını onlarla sevə-sevə paylaşıb. Lakin sənətkar şəxsi istəyi ilə bu ailə məclisinin qapalı şəraitdə keçirilməsini nəzərdə tutub. 
Bu səbəbdən də KİV nümayəndələrinin toy mərasimini yerindəcə işıqlandırmasına razılıq verməyib. Odur ki, toy məclisinə yalnız dəvətli qonaqlar buraxılacaqlar. Lakin mərasimdən sonrakı günlərdə toyun ən maraqlı və vacib məqamlarının əks olunduğu görüntülər böyük məmnuniyyətlə KİV əməkdaşlarına təqdim olunacaq. Ümid edirik ki, İlhamə xanımın bu istəyi jurnalistlər tərəfindən anlayışla qarşılanacaq”.

URL / WWW
http://kelam.az/article/a-7917.html