Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ADU-da Tələbə Elmi Cəmiyyətinin illik konfransı başlayıb
17.04.13 19:42

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-ci ildönümünə həsr edilmiş Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi illik konfransı öz işinə başlayıb. Konfransda giriş sözü ilə çıxış edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağının hərtərəfli inkişafından danışaraq bu işdə tələbələrin böyük rolunun olduğunu vurğulayıb.  Rektor Universitetdə  yaradılan əlverişli mühit nəticəsində tələbələrin yüksək elmi vərdişlərə yiyələndiyini qeyd edib.  Azərbaycanda elmin inkişafına göstərilən dövlət qayğısından danışan Səməd Seyidov  ADU-da yüksək səviyyəli mütəxəssislərin yetişdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.  
ADU-nun beynəlxalq əlaqələrinə toxunan rektor  universitetin  Avropanın bir sıra aparıcı universitetləri ilə, o cümlədən Böyük Britaniyanını Esseks, İpsviç və Qlazqo universitetləri ilə olan əməkdaşlıq əlaqələrinə toxunub.  Universitetdə aparılan islahatlardan söz açan rektor Səməd Seyidov bildirib ki, yaxınlarda ADU-da Çin Mərkəzi fəaliyyətə başlayacaq. S. Seyidov bu mütərəqqi addımların tədris prosesinin səviyyəsinin artırılmasına xidmət etdiyini bildirdi. Elmli, bilikli tələbələrin gələcəyin yüksək kadrlar olacağına əminliyini ifadə edən rektor  universitetin tələbələrinin  respublika və beynəlxalq səviyyəli tədbirlərdə fəal şəkildə iştirak etdiyini vurğulayıb. 
Rəhbərlik etdiyi universitetdə 5500 tələbənin təhsil aldığını qeyd edən Səməd Seyidov  TEC-in konfransına 900-ə yaxın məruzənin daxil olduğunu diqqətə çatdırıb.  Rektor  bunun yüksək göstərici olduğunu və tələbələrin elmə göstərdiyi xüsusi münasibət kimi xarakterizə edib.  
URL / WWW
http://kelam.az/article/a-7915.html