Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » MTV film mükafatları sahiblərinə verildi
16.04.13 16:31

MTV film mükafatları dünən Los-Ancelosda təşkil olunan mərasimlə sahiblərinə verilib. “Azadİnform” “Glammagazin”ə istinadən xəbər verir ki, rejissor Coss Vedonun “The Avengers” (“Məğlubedilməzlər”) filmi “İlin filmi” seçilib. Filmin həm də ssenari müəllifi olan Vedon mükafatı alarkən filmin növbəti hissəsinin 2015-ci ildə təqdim olunacağının da xəbərini paylaşıb. “Ən yaxşı döyüş” səhnəsi sorğusunda da Kris Evan, Mark Ruffalo, Skarlet Cohanson, Ceremi Renner, Robert Dauney ilə mükafatı paylaşan “The Avengers” filminin digər bir oyunçusu Tom Hidlston “Ən yaxşı pis adam” obrazı canlandırmaqla mükafat alıb. 
“Silver Lining Playbook” filminin baş rol ifaçıları Bredley Kuper və Cennifer Laurens mərasimdən “Ən yaxşı aktyor”, “Ən yaxşı aktrisa” mükafatları ilə ayrılıblar. “Ən yaxşı öpüş” mükafatının sahibi də adıçəkilən oyunçular olub.
“Ən mükəmməl performans” mükafatının sahibi “Pitch Perfect” filmindəki rolu ilə Rebel Uilson olub. “The Hobbit” filmində Bilbo Bagginsi canlandıran Martin Friman isə “Ən yaxşı Qəhrəman” mükafatını alıb. “The Twilight Saga” filmində qurd adama həyat verən Teylor Lotner isə “Ən yaxşı çılpaq səhnə” mükafatını alaraq fərqlənib. 
“Komediya dahisi” mükafatını Uill Ferrell aldı və səhnəyə dollarla örtülmüş paltarda çıxdı. “MTV nəsli” mükafatı isə bu il “Jango Unchained” filmindəki oyununa görə Ceymi Foxksa verildi.

URL / WWW
http://kelam.az/article/a-7913.html