Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Sumqayıtda “Xocalı” soyqırımı ilə bağlı kompleks tədbirlər keçiriləcək
17.02.10 19:39

Sumqayıt şəhərində Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı bir sıra kompleks tədbirlər həyata keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən veriblər. Faciə ilə bağlı şəhər İcra hakimiyyəti başçısının imzaladığı sərəncama əsasən şəhərin bütün idarə, müəssisə və təşkilatlarında Xocalı soyqırımına həsr olunan anım mərasimləri keçiriləcək. Sumqayıtda Xocalı rayonu məcburi köçkünlərin yaşadıqları yerlərdə onların sosial problemləri ilə yaxından tanış olmaq məqsədilə 18-25 fevral 2010-ci il tarixinə kimi görüşlər təşkil ediləcək. Şəhərin mədəniyyət evlərində faciəyə həsr olunmuş ədəbi-bədii kompozisiyalar, sənədli və bədii filmlər nümayiş etdiriləcək, xatirə gecələri keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-791.html