Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bakıda MDB müsəlmanları Məşvərət Şurasının 2-ci iclası keçiriləcək
12.04.13 23:40

Bakıda MDB müsəlmanları Məşvərət Şurasının 2-ci iclası və "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Bu barədə cümə günü Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən bildirilib. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin sədri olduğu MDB müsəlmanları Məşvərət Şurasının iclası 16-17 aprel tarixlərində keçiriləcək.
İclasda Azərbaycandakı dini konfessiya nümayəndələri, hökumət və parlament üzvləri, elm və mədəniyyət xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak edəcəklər.

URL / WWW
http://kelam.az/article/a-7909.html