Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Fatimeyi-Zəhranın (ə) vəfatı ilə bağlı mərasim keçirilib
12.04.13 23:23

Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalında xanım Fatimeyi-Zəhranın (ə) vəfatı ilə bağlı mərasim keçirilib. Din xadimlərinin, ilahiyyatçı alimlərin Bakı İslam Universitetinin müəllim və şagirdlərinin iştirak etdiyi mərasim Qurani-Kərimin oxunuşu ilə başlayıb. İslam dininin möhkəmlənməsi, Azərbaycanın ərazi bütövlüyü yolunda həyatlarından keçən şəhidlərin xatirəsi yad olunub. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək xanım Fatimeyi-Zəhranın (ə) vəfatı münasibətilə ənənəvi olaraq keçirildiyini bildirib. Şeyxülislam həzrətləri qeyd edib ki, artıq 14 ildir Qafqaz Müsəlmanları İdarəsi tanınmış din xadimlərinin, ziyalıların, alim və tələbələrin iştirakı ilə anım mərasimi keçirir.


QMİ sədri onu da vurğulayıb ki, ölkədə aparılan din-dövlət siyasəti, məscid və ziyarətgahların təmir-bərpası, din xadimlərinə yaradılan şərait göz önündədir. Dindarlar da Azərbaycan vətəndaşları olaraq müstəqil dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirləri dəstəkləyir, Vətənimizin daha da qüdrətlənməsi, sabitliyin möhkəmlənməsi üçün çalışırlar.

Sonra "Əhli-beyt məddahları" qrupunun ifasında surudlar ifa olunub. Seyid Əli Əkbər Ocaq Nejad mərasimdə çıxış edərək xanım Fatimeyi-Zəhranın (ə) həyatı, İslam dinində tutduğu mövqe barədə danışıb. Sonda mərasim iştirakçılarına ehsan verilib, dualar oxunub.
URL / WWW
http://kelam.az/article/a-7908.html