Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Şeyx Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ilə görüşüb
12.04.13 23:20

Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür Paşazadə Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeni qəbul edib. Səfirlə səmimi görüşən Şeyxülislam həzrətləri ölkəmizdəki tolerantlıq mühiti, din-dövlət münasibətləri sahəsində atılan addımlar haqqında məlumat verib. Xalqımızın ən ağrılı problemi olan Qarabağ münaqişəsinin həlli istiqamətində Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi gördüyü işləri dəyərləndirib.
Səfir Paskal Mönye Azərbaycanın təkcə Qafqazda deyil, dünyada tutduğu önəmli mövqedən danışıb, ölkəmizdəki dini dözümlülüyün digər dövlətlər üçün örnək ola biləcəyini xüsusi vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran başqa məsələlər barədə fikir mübadiləsi aparılıb. Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub. Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli də görüşdə iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-7907.html