Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Veteranlar prezident seçkilərində İlham Əliyevə səs verəcək
11.04.13 20:26

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının V qurultayı öz işinə başlaıb. “Azadinform” xəbər verir ki, Respublika Veteranlar Şurasının sədr müavini Surxay Tağızadə bildirib ki, respublikanın şəhər və rayonlarından qurultaya 262 nəfər nümayəndə seçilmişdir. Onların 242 nəfəri qurultayda iştirak edir və qurultay səlahiyyətlidir. 
Hesabat məruzəsi ilə çıxış edən S.Tağızadə ötən dövrdə görülmüş işlər haqqında məlumat verib, Prezident İlham Əliyevin veteranlara göstərilən diqqət və qayğısından minnətdarlıqla danışıb.
S.Tağızadə vurğulayıb ki, Respublika Veteranlar Şurasının Rəyasət Heyəti Azərbaycan Prezidentinin ətrafında sıx birləşib və bu ilki prezident seçkilərində də Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevə səsə verəcək.
Qurultay nümayəndələri adından bu il keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyi irəli sürülüb.

URL / WWW
http://kelam.az/article/a-7904.html