Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Eşqin geometriyası
11.04.13 20:24

Romantik münasibətlər hansı mərhələdə olursa, olsun hər zaman hadisələrin gedişini dəyişmək və onu istiqamətləndirmək mümkündür. “Azadinform” “Cosmopolitan”a istinadən psixoloqların münasibətlərlə bağlı təcrübələrindən yararlanaraq paylaşdıqları fikirləri təqdim edir. Eşqinizin top xəmirdən ibarət olduğunu düşünün və aşağıdakı rəylərlə onun geometriyasını düzəldin.
Dairə - hər şeyi birlikdə edirsiniz, iç-içə keçmiş halqalara bənzəyir. Eyni geyim tərzini paylaşmaqdan, eyni məqsədlərə kimi hər şeydə anlaşırsınız. Onun nə dediyini ilk sözdən başa düşürsünüz. Bir sözlə, özünüzə məxsus diliniz belə olur. Psixoloqlar deyir ki, bu münasibətin müsbət tərəfi eşq və ehtiraslı yaxınlıqdır. Amma təbii ki, neqativ nəticələr də var – ailə və dost çevrəsindən uzaqlaşmaq, asosiallıq. Bu münasibətlərin tərəfləri kimliklərini itirmək riskini diqqətdə saxlamalıdır. 
Kvadrat – siz kvadratın tərəfləri kimi hərəniz öz həyatınızın və karyeranızın sahibisiniz. Gücləriniz künclərdə birləşəndə isə yenilməz olursunuz. Hər ikiniz özünəinama sahibisiniz. Münasibətinizin müsbət tərəfi dözümlü, möhkəm olmasıdır. Hər ikiniz bir-birinizə eyni sərbəstlik hüququ verdiyiniz üçün komanda ruhu içindəsiniz. Və istənilən təhlükəni birgə keçirsiniz. Amma hər iki tərəf eyni qədər sərbəst və güclü olduğundan ayrılmaq riski də yüksəkdir. Yəni heç kim düşünmədən ayrılıq qərarı alar və bu zaman çətinlik çəkməz. Həyatınızdakı xoşbəxtlik hər nə qədər öz əməyinizin bəhrəsi olsa da, bir-biriniz üçün emosional yaxınlıq təmin edin. 
Düzbucaq – ya siz, ya da partnyorunuz münasibətlərdə liderdir. Məsələn, sevgiliniz hansısa bir qərar alırsa, siz onun planına uyursunuz. Və ya münasibətin bütün idarəedici qərarlarını siz alırsınız. Ya da bəzi mövzularda onun, bəzilərində sizin qərarlarınız öz sözünü deyir. Bərabərsizlik hökm sürən bu tip münasibətlərdə problem və ayrılıqlar tez-tez rastlanır. Müsbət cəhət odur ki, sonsuza qədər sevilmək şərti ilə qarşı tərəfə təslim olan insanlar var və bu münasibət tipi həmin insanlar üçün göydəndüşmədir. Əgər qarşı tərəf də hər şeydə liderlik sevirsə. Bu tip münasibətlərdə güclü olanlar irəliləyir, digər tərəf isə bir yerdə ilişib qalır. Əgər lider sadiqdirsə, münasibət uzunömürlüdür.
Üçbucaq – siz və partnyorunuz münasibətin iki tərəfini formalaşdırırsınız, amma münasibətin başqa biri tərəfindən idarə olunan üçüncü bir tərəfi var. Bu, bir dost, qaynana, sizin öz ananız, birgə işlədiyiniz yer və s. ola bilər. Adətən sakitlik sevən və zamanın çoxunu partnyoru ilə keçirməkdən çox yalnız qalmağa sərf edən insanlar üçün bu tip münasibət əladır. Onlar bu vəziyyətə o qədər yaxşı uyğunlaşır ki, hətta səs-küylü münasibət görəndə buna şükür edir və özlərini nümunəvi sayırlar. Tərəflərdən biri ya mən, ya o deyib, münasibəti tamamlamağa qərar vermədikcə bu münasibət yaşayar.

URL / WWW
http://kelam.az/article/a-7903.html