Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Dini Komitə Şamaxıda regional konfrans keçirəcək
11.04.13 19:09

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı, Şamaxı rayon İcra Hakimiyyətinin dəstəyi ilə  Respublikanın Şirvan bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də bu sahədə fəaliyyət göstərən ictimaiyyət nümayəndələri və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük regional konfrans keçirəcək. Tədbir 12-13 aprel tarixlərində reallaşacaq. 
Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, millət vəkilləri, Şirvan bölgəsi üzrə  rayonların icra strukturları, digər rəsmi şəxslər eləcə də, QMİ və ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak edəcəklər. 
Qeyd edək ki, konfransda Şirvan bölgəsinin 9 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayədənin iştirakı və tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub.
Xatırladaq ki, bundan əvvəl Dövlət Komitəsi Şimal-qərb, Cənub və Qarabağ bölgələrində regional tədbirlər keçirmişdi.
URL / WWW
http://kelam.az/article/a-7901.html