Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Əliyevlər dövründə çiçəklənən Azərbaycan
19.10.09 14:58

Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Tariximizin 1993-cü ilin 15 iyun günü - onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl Qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan - Heydər Əliyevdir.
Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”. Tarixin, dövrün, zamanın yazıları, əsrlərlə silinməyən, daim xatırlanan yaddaşı olduğu kimi, zaman da tarixin yol yoldaşı, bələdçisidir. Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən isə qüdrətli, müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur.
Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, ona ümidləri artırırdı. Bu gün isə həmin ümidlər onun layiqli davamçısı, Azərbaycanı günü-gündən gücləndirən prezident İlham Əliyevə dikilib. İndi xalqımızın əsas işi qarşıdan gələn 15 oktyabr prezident seçkilərində prezident İlham Əliyevin parlaq qələbəsini təmin etmək və bu seçkiləri Heydər Əliyev ideyalarının növbəti təntənəsinə çevirməkdir. Ölkəmizin mövcud ictimai – siyasi mühiti və sosial – iqtisadi rifah səviyyəsi, artıq indidən belə söyləməyə imkan verir ki, xalqımız bu tarixi vəzifənin öhdəsindən layiqincə gələcək. Biz dindarlar da əminik ki, qarşıdan gələn prezident seçkilərində xalqımız bir daha Heydər Əliyev ideyalarına və bu ideyaları öz əməli fəaliyyəti ilə zirvələrə daşıyan görkəmli dövlət xadimi, prezident İlham Əliyevə səs verəcək.
İslamın inkişafına çalışan şəxsiyyətlər “Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir”. Quranı-Kərimin bütün kəlamlar bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün bir məşəldir.” Bəli, yuxarda qeyd olunan hər iki aforizm xalqımızın ümummilli lideri Heydər Əliyevə məxsusdur.
Ümummilli lider Heydər Əliyev dinin, xüsusən də İslamın inkişafına çalışan şəxsiyyət idi. Heydər Əliyevin dini-mənəvi dəyərlərə qayğısı bu gün də – yəni onun yoxluğunda da hiss olunmaqdadır.
Prezident İlham Əliyev bütün sahələrdə xalqın ümummilli liderinin siyasətini davam etdirdiyi kimi, dinlə bağlı problemlərin də həllinə bilavasitə yardımçı olur. Hakimiyyətə gəldikdən sonra ölkə ərazisində mövcud olan dini ocaqlarn, pirlərin, ziyarətgahlarn əsaslı təmiri ilə bağlı göstərişləri, maddi-mənəvi yardımlar prezident İlham Əliyevin dini-mənəvi dəyərlərimizə göstərdiyi qayğının bariz nümunəsidir. İlham Əliyev prezident kimi həm İran, həm də Səudiyyə Ərəbistanına səfərləri çərçivəsində müqəddəs yerləri səmimi qəlbdən, daxili duyğularn əhatəsində ziyarət edən çox nadir dövlət başçılarndandır. 
Orucluq zamanı Bütün Qafqazın Şeyxinin iqamətgahında düzənlənən tədbirlərdə iştirakı, Qurban bayramında xalqı təbrik etməsi və s. müxtəlif vaxtlarda məscidlərə gəlməsi ölkə ictimaiyyəti tərəfindən dərin hörmət və ehtiramla qarşılanır. Əlbəttə, bu onun dövlət başçısı kimi yüksək əxlaqi tərbiyəyə malik olmasından xəbər verir. Təsadüfi deyil ki, Həzrət Peyğəmbərimiz (s) buyurmuşdur: “Mən peyğəmbərliyə məbus oldum ki, əxlaqı insanlar üçün tamamlayam». O, həzrət digər bir hədisdə isə buyurur: “Sizin içərinizdə ən yaxşı mömin və kamil şəxs odur ki, gözəl əxlaqa malik olmaqla yanaşı, ailəsinə ãàðøû äà çox mehriban və səmimi olsun”.
Əlbəttə, ailə dövlətin kiçik bir formasıdır. Onu idarə etmək yüksək istedad tələb edir. Dahilərdən biri demişdir: "Ailə bir yumruğa bənzər, éóìðóãëàðû èñÿ áàðìàãëàð òÿøêèë åäèð, ÿýÿð barmaqlardan biri açılûáñà îíó kəsib atmaq lazımdır".
Bu hədisdən belə məlum olur ki, ailə başçısı ailənin bütün ağırlıqlarını þç çiynində daşımalıdır. O, ailəsini ərsəyə yeòèðìÿê üçün bütün imkanlarından istifadə etməlè, onların ãèäàëàíìàñûíû, ən başlıcası èñÿ ailənin mənəviyyatını - əxlaq normalarını təmin etməli âÿ gələcək övladlarını şəxsiyyət kimi yetişdirməlidir.  
 Hamıya məlumdur ki, Təzəpir məscdi və onun həyətində QMİ-yə aid tikilən digər inzibati binalar gözəlliyi ilə ətrafı özünə cəlb edir. Prezident İlham Əliyevin hər dəfə Təzəpir məscidinə gəlişi möminlərin sevincinə səbəb olur. Dövlət başçısı məscidə gəlib onun ərazisində aparılan təmir-tikinti işləri ilə tanış olması, əlavə tövsiyyələr verməsi ruhanilərlə yanaşı, bütün imanlı insanların sevincinə səbəb olur. 
Təmir-tikinti işlərinə bu il iyunun 10-dan prezident İlham Əliyevin tapşırığı ilə başlanılıb. Burada Qafqaz Müsəlmanlar İdarəsinin və İslam Universiteti üçün inzibati binalar, qonaq evi yerləşəcək. Üç korpusdan ibarət olacaq yeni kompleksin mərkəzində 900 kvadratmetrlik konfrans salonu tikiləcək. Qurbangah, namazgah və yardımçı otaqlar da olacaq. Dördmərtəbəli kompleksin ümumi sahəsi 40 min kvadratmetrdir.
Tavan və divar suvaqlar ilkin memarlıq nümunələri saxlanılmaqla, yeni texnologiyalar əsasında müasirləşdiriləcək, Qurani-Kərimin ayələrindən yazı-naxışlar, xüsusi dini emblemlər və rəmzlərlə bəzədiləcək.
Qeyd edək ki, 1926-cı ildən məscid kinoteatr kimi istifadə olunduğu üçün binanın daxili quruluşu dəyişdirilib, qədimilik əlamətləri itirilib. Ölkəmiz müstəqillik qazandıqdan sonra məscid bir neçə dəfə təmir edilib, lakin Bakıda baş vermiş sonuncu güclü zəlzələ nəticəsində divarlarda çatlar əmələ gəlib. Bütün problemlər prezident İlham Əliyevin göstərişi, Şeyxülislam Hacı Allahşükür Paşazadənin isə bilavasitə rəhbərliyi ilə aradan qaldırılır.
Dindarlar prezident İlham Əliyevin milli, mənəvi və İslami dəyərlərin qorunub saxlanılmasına, ölkəmizdə dini ocaqlara diqqət və qayğısını hər zaman yüksək qiymətləndirir.
Ümumxalq inamı… İlham Əliyevin yenidən Azərbaycanın prezidenti seçiləcəyinə olan ümumxalq inamının təməlində ötən beş ilin gərgin fəaliyyəti və onun  səmərəli nəticələri dayanır. Azərbaycanın milli maraqlarına, davamlı inkişafa, xalqın həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən iqtisadi strategiya 5 ildir ki, prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü və ardıcıl siyasət nəticəsində uğurla reallaşdırılır. Bu dövrdə dövlətin iqtisadi əsasları möhkəmləndirilmiş, onun inkişaf qabiliyyətliliyi formalaşdırılmışdır. Bu da ölkənin sosial-iqtisadi inkişafının davamlılığının təmin olunması üçün irimiqyaslı proqramların və transmilli layihələrin uğurla həyata keçirilməsinə imkan yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə islahatların həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ölkədə bu vaxta kimi görünməyən sosial-iqtisadi artım templəri əldə olunub. Bunun müqabilində ölkənin maliyyə durumu möhkəmlənib, 2007-ci ildə 2008-cü illə müqayisədə icmal və dövlət büdcələrinin gəlirləri və xərcləri dəfələrlə artmış, dövlətin öz funksiyalarını tam şəkildə yerinə yetirməsinə təminat yaradılmışdır. Həmçinin, 2008-2011-ci illər üzrə sosial-iqtisadi inkişaf konsepsiyası hazırlanmış və orada əsas prioritet istiqamətlər müəyyən edilmişdir.
Prezident İlham Əliyevin sərəncamları ilə bu Dövlət Proqramlarının, habelə elmin, mədəniyyətin, incəsənətin, idmanın inkişafına yönəldilmiş digər qərarların icrası üçün dövlət büdcəsindən böyük həcmlərdə vəsait ayrılması bunun bariz nümunəsidir. İqtisadiyyatın dövlət tənzimlənməsinin ən təsirli alətlərindən biri dövlət büdcəsinin vəsaitlərindən investisiya məqsədləri üçün istifadədir. Bu vəsaitlər əsasən sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı, infrastruktur sahələrində böyük həə maliyyə vəsaitləri tələb edən obyektlərin, sosial-mədəni təyinatlı müəssisələrin tikintisinə, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına, əsas vəsaitlərin alınmasına, kapital xarakterli digər tədbirlərin həyata keçirilməsinə yönəldilir.
Ölkənin sosial-iqtisadi inkişafının bu gün və gələcəkdə də daxili resurslarla yanaşı, xarici imkanlar hesabına yüksək səviyyədə saxlanılmasını təmin etmək məqsədi ilə, onun geosiyasi əhəmiyyətini nəzərə alaraq, xarici ölkələrlə, beynəlxalq maliyyə institutları və təşkilatları ilə, regional birliklərlə əməkdaşlığı genişləndirilmiş, dünya inteqrasiya prosesi dərinləşdirilmişdir.
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatının tam üzvü olması istiqamətində ciddi addımlar atılmış, Avropa İttifaqı ilə “Bir tərəfdən Avropa İttifaqı və onun üzvü olan dövlətlər və digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanmış, Azərbaycan Respublikası Avropa Qonşuluq Siyasətinə daxil edilmişdir.
Uğurlu neft strategiyası… 1994-cü ildə Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açmış, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə davamlı inkişafı üçün zəmin yaratmışdır.
1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında “Əsrin müqaviləsi” bağlandı. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli”  yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında olan bu müqavilə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 Sazişin imzalanmasına yol açdı.
1994-cü il dekabrın 12-də Milli Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi. “Əsrin müqaviləsi” tarixə Heydər Əliyevin hakimiyyəti dövründə neft strategiyasını müəyyən edən ilk iri iqtisadi sənəd oldu. Bu sənəd həm də Azərbaycanı çətin iqtisadi vəziyyətdən çıxardı. Bu mənada “Əsrin müqaviləsi” ayrı-ayrı dövrlərin əlaqəliliyi ideyasını, Heydər Əliyev siyasətinin əsas məqsədinə - ictimai rifaha xidmət edən dəyərləri əks etdirən dünyagörüşü aktına çevrildi.
Zaman keçdikcə “Əsrin müqaviləsi” Azərbaycanda sosial tədbirlərin  miqyasının genişləndirir, əhalinin sosial rifah halını yaxşılaşdırır, ölkəyə külli məbləğdə pul axınının gəlməsinə şərait yaradırdı.
Bu gün Azərbaycan öz neftini dünya bazarlarına çıxarmaq üçün regionun ən böyük layihəsinin müəllifinə çevrilib. Dəyəri 4 mlrd. dollardan artıq olan Bakı-Tiflis-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi dünyanın diqqətini Azərbaycana yönəldib. Uzunluğu 1769 km, məhsuldarlığı isə ildə 50 mln. ton təşkil edən bu kəmər üç dövlətin – Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçməklə qonşu dövlətlərin büdcəsinə də əlavə vəsaitlər gətirir. Deməli, Azərbaycanın müəllifi olduğu bu layihə həm də qonşu dövlətlərin iqtisadi inkişafına stimul verir. Layihə üzrə işlərin yerinə yetirilməsinə 10 min nəfərə yaxın işçi cəlb olunub. Hazırda Heydər Əliyevin adını daşıyan Bakı-Tiflis-Ceyhan neft kəməri xalqımızın ümummilli liderinin ideyalarının gerçəkləşməsinin parlaq təcəssümüdür.
Bu gün Azərbaycan yalnız neft və qaz ehtiyatlarına görə deyil, həmçinin Qara və Xəzər dənizləri regionunda tutduğu mövqeyə görə ABŞ, Avropa və Asiya dövlətlərinin belə maraqlarının kəsişdiyi geosiyasi mərkəzə çevrilib. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət, ölkənin neft və qaz ehtiyatlarının işlənməsi, həmçinin onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata keçirilməsi sayəsində Xəzər regionu bu gün əhəmiyyətli regionlardan birinə çevrilib.
Uğurlu neft strategiyasından bəhrələnən ölkəmizdə daxili investisiyaların çoğrafiyasını genişləndirməyə, qeyri-neft sektoru sahələrinin modernizasiyasına və infrastruktur imkanlarını artırmağa ciddi önəm verilməklə yanaşı, dünya təcrübəsində özünü doğrultmuş yeni iqtisadi amillərdən də bəhrələnmək məqsədilə əsaslı tədbirlər görülür.
Ölkənin iqtisadi və sosial həyatında müşahidə olunan sürətli inkişaf 2008 – ci ildə də saxlanılaraq həm iqtisadi, həm də sosial sahələrdə yeni nailiyyətlərin qazanılması ilə əlamətdar olmuşdur. Əldə olunmuş uğurları əyani nümayiş etdirən makroiqtisadi göstəricilər ölkəmizin inkişaf sürətinə görə dünyada qabaqcıl ölkələr sırasında olduğunu göstərir.
Regionlar inkişaf edir… Təsadüfi deyil ki, bu gün Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da sürətlə inkişaf edir. Paytaxt Bakı ilə yanaşı, Azərbaycanın böyük şəhərləri tikinti meydançalarını xatırladır. Artıq Bakı ətrafı kəndlərdə belə hündürmərtəbəli binaların tikintisinə start verilib, yeni şəhərciklər, ticarət yarmarkaları salınır.
Kənd təsərrüfatında aparılan ciddi struktur islahatları nəticəsində dövlət mülkiyyətində saxlanılan az sayda damazlıq, toxumçuluq və digər bu kimi təsərrüfatlar istisna olmaqla, bütün kənd təsərrüfatı müəssisələri, o cümlədən sovxozlar və kolxozllar ləğv edilərək onların əmlakı təsərrüfat üzvləri arasında bölüşdürüldü. Kənddə yeni mülkiyyətin - kəndli-fermerlərin formalaşmasının sürətləndirilməsi kənd təsərrüfatında işlərin daha yaxşı təşkili və aqrar bölmənin inkişafı üçün möhkəm zəmin yaratdı.
Kənd təsərrüfatında daha yüksək artıma nail olmaq üçün əhaliyə yanacaq və kübrələrin alınmasından ötrü əlavə subsidiyaların ayrılması dövlətin bütün sahələrə olan maraq və diqqətinin göstəricisdir.
Aqrar bölmədəki islahatlar öz radikallığı və sürəti ilə nəinki Azərbaycan iqtisadiyyatının digər sahələrində aparılan islahatlardan, hətta Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdəki islahatlardan əsaslı surətdə fərqlənərək ölkədə özəl mülkiyyətin formalaşmasında və sahibkarlığın inkişafında xüsusi rol oynamışdır.
Paytaxtda yol ötürücülərinin və keçidlərin salınması, əyalətlərə qədər uzanan yolların yenidən qurulması da dövlətin iqtisadi inkişafnın göstəricisidir. İndi Bakının demək olar ki, bütün küçə və meydanlarında tikinti işləri aparılır, yeni yollar salınır, körpülər tikilir, köhnələri bərpa olunur və s. 
Bu gün ölkəyə daxil olan xarici sərmayələrin də həcmi gündən-günə artır. Azərbaycanda sahibkarlığın inkişafına yaradılan münbit şərait dünyanın əksər ölkələri iş adamlarının Azərbaycana sərmayə qoymağa vadar edib. Artıq bu sərmayələrin bir hissəsi yerli kapitala birləşərək Milli sahibkarlığın da inkişafına təkan verib. 
Müstəqil dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideolci əsası dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynamışdır. Azərbaycan ziyalısını son əsrlərdə ciddi düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin fəaliyyəti sayəsində strateci dövlət siyasətinə, əməli siyasi müstəviyə keçmiş və nəticədə azərbaycançılıq məfkurəsi şüurlara hakim kəsilmişdir. İki əsrin və iki minilliyin qovuşuğunda xalqımız məhz onun sayəsində milli-mənəvi dəyərləri layiqincə qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir.
Çoxəsrlik dövlətçiliyimiz tarixində xüsusi yeri olan Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Beynəlxalq aləmdə cərəyan edən proseslərə təsiri baxımından həmişə seçilən və qlobal dünyanın ən aktual çağırışlarına cavab verən Azərbaycan rəhbəri zəmanəmizin tanınmış siyasi xadimləri sırasında şərəfli yer tutmuşdur.
İndii bu yeri onun layiqli davamçısı İlham Əliyev doldurur. Prezidentin Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Azərbaycanı qısa müddətdə dünyanın ən sürətlə inkişaf edən dövlətlərdən birinə çevirib. Dövlət başçısı şəxsən bölgələrə gedir, görülən işlərlə yerində tanış olur yeni obyektlərin açılışını edir və s.
Prezident İlham Əliyev bu məsuliyyətli vəzifəni daşıdığı müddətdə bütün fəaliyyətini insana qayğı və diqqət prinsipi üzərində qurmuş, sosialyönümlü siyasət strategiyası həyata keçirmişdir. Dövlət başçısının ötən dövr ərzində inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, böyük həvəslə həyata keçirdiyi islahatlar həm də onun yüksək idarəçilik qabiliyyətinin, mükəmməl iş təcrübəsinin əyani təzahürü kimi dəyərləndirilə bilər. Cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirməyi bacaran, eyni zamanda ictimai həyatın müxtəlif sahələrindəki çətinliklər və nöqsanlar haqqında aydın təsəvvürə malik olan prezident İlham Əliyev məhz bu keyfiyyətləri sayəsində yeni dövr üçün qarşıda duran prioritet vəzifələri dəqiq şəkildə müəyyənləşdirməyə müvəffəq olmuşdur.
Son illər milli dövlət, iqtisadi quruculuq sahəsində tariximizdə çox uğurlu illər olmuşdur. Qazanılan uğurlu inkişafın təmin edilməsində ortamüddətli və uzunmüddətli perspektivlərin görünməsi və onların adekvat olması hökumət qarşısında ən vacib məsələlərdəndir və onun səmərəli fəaliyyətinin əsasını təşkil edir.
Bütün qeyd olunanlar və 2008–ci il də daxil olmaqla son beş ildə görülən işlər əldə edilən nailiyyətlər, bu sosial-iqtisadi kursa nativin olmaması, onun prezident İlham Əliyevin rəhbərliyi ilə 2008-ci ildə və sonrakı dövrdə də davam etdirilməsi Azərbaycan xalqının həyat səviyyəsinin ildən-ilə yüksəlməsinə, ölkədə milli varlığa əsaslanan və dünyəvi dəyərlərin daşıyıcısı olan sivil, dayanıqlı cəmiyyətin formalaşması üçün real inkişaf istiqamətidir. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların əsas məqsədlərindən biri əhalinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına əlverişli şərait yaradılması, bürokratik maneələrin aradan qaldırılmasıdır.
Ölkəmizin sosial-iqtisadi tərəqqisində, onun dinamik inkişaf proseslərində mühüm rol oynayan mütərəqqi iqtisadi vasitələrdən biri də xüsusi iqtisadi zonaların yaradılmasıdır.
Bu gün Azərbaycanda məktəb tikintisi, ümummiyyətlə təhsilə qayğı yüksək səviyyədədir. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın hər bir regionunda, rayonunda, kəndində müasir standartlara cavab verən məktəblər tikilir.
Hazırda paytaxt küçələrində əhaliyə xidmət göstərmək üçün Koreya, Belarus və digər ölkələrdən yeni və müasir standartlara cavab verən 500-dən artıq avtobus gətirilib. Bu avtobusların bir hissəsi Dövlət Neft Fondunun, digər hissəsi isə özəl sektorun vəsaiti hesabına alınıb.   
Əmək haqları artırılır… Bu gün prezident İlham Əliyev xalqın qayğısına qalmaq üçün bütün imkanlardan istifadə edir. Dövlətin gəlirləri artdıqca xərclərinə ayırmalar çoxalır, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqları artırılır. 
Bu günlərdə prezident İlham Əliyev sosial müavinətlərin artırılması haqqında sərəncam imzalayıb. Aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yaşa görə müavinət 45 manat müəyyən olunub. I qrup əlillərə 50 manat, II qrup əlillərə 35 manat, III qrup əlillərə 30 manat müəyyən olunub. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət 50 manat, ailə başçısını itirməyə görə müavinət 40 manat müəyənləşdirilib. Sərəncama əsasən, əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə verilən müavinət 25 manat müəyyənləşdirilib. Eyni zamanda, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına verilən müavinətin müddəti 40 manata çatdırılıb. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətin məbləği isə 25 manat olub. Sərəncama əsasən, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə verilən müavinət də artırılıb. Bundan sonra bu cür ailələr 20 manat müavinət alacaqlar. Eyni zamanda, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün verilən birdəfəlik müavinət də 150 manatadək artırılıb. Uşağın anadan olmasına gör&əli nəticələrini görən, bu siyasətin ayrılıqda hər bir vətəndaşa və ümumilikdə bütün xalqa firavanlıq gətirdiyini, sabitlik və təhlükəsizliyi təmin etdiyini gözəl dərk edən milyonlarla seçici bu yolun davam etdirilməsini istəyir və sadəcə, bu faktiki dəstəyin rəsmiləşdiriləcəyi günə – 2008-ci ilin oktyabr seçkilərinə hazırlaşır. Xalqın böyük öndəri Heydər Əliyevin siyasi kursunu, Azərbaycanın inkişaf və yüksəliş yolunu indi daha enercili, tükənməz intellektual potensialı olan yeni lider uğurla davam etdirməkdədir. Cəmiyyətdə qəti inam hakimdir ki, İlham Əliyevə dəstəyini hər zaman ifadə edən xalqımız əminliklə 2008-ci ilin oktyabrında Heydər Əliyev siyasətinə, onun layiqincə davam etdirilməsinə - işıqlı gələcəyə, sabitliyə, əmin-amanlığa, xoş rifaha səs verəcək və İlham Heydər oğlu Əliyev növbəti müddətdə Azərbaycan Respublikasının Prezidenti seçiləcək.
Hələ bundan əvvəlki – 2003-cü il seçkilərinə yazmışdım: «İlham Əliyev digər namizədlərdən fərqli olaraq siyasəti meydanlarda deyil, böyük şəxsiyyət Heydər Əliyev siyasi məktəbinin auditoriyasında öyrənib və ən ləyaqətli məzun statusunu alıb. İdmandan – neft strategiyasına, iqtisadiyyatdan-siyasətədək ən mürəkkəb sahələrdə uğur qazanıb. Yeri gəlmişkən İlham Əliyevin siyasət anlayışına münasibəti də sosial tələblərlə eyniyyət təşkil edir: “Mənim siyasətim ondan ibarətdir ki, əməli-praktiki işlərlə məşğulam. Azərbaycana xarici investisiyalar cəlb etməklə, yeni iş yerlərinin açılması ilə məşğulam. Mənim aləmimdə siyasət belə olmalıdır. Yəni siyasət konkret nəticə ilə yekunlaşmalıdır”.
“Elə məhz buna görə də seçim anında Heydər Əliyevin ən layiqli davamçısı İlham Əliyevə səs verməli, onu növbəti beş il üçün də Azərbaycanın prezidenti seçməliyik. Belə olan halda müstəqilliymizin xilaskarı, ölkəmizin, xalqımızın, dünya azərbaycanlılarının ümumi lideri Heydər Əliyevin dediyi kimi “Azərbaycan dünyaya günəş kimi doğacaq”.
Bir sözlə Azərbaycan Əliyevlər dövründə daha da çiçəklənəcək.
URL / WWW
http://kelam.az/article/a-79.html