Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İran öz axtarış sistemini yaradır
09.04.13 17:43

İran öz axtarış sistemi, yəni “İslami Google Earth” layihəsi üzərində işləyir. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Həsən Nami bildirib. Onun sözlərinə görə, layihənin 4 ay müddətində tamamlanması gözlənilir: “İran öz axtarış sisteminin dünya səviyyəsində istifadə olunmasına imkan verəcək. 
Sistemin “Bəsir” adlandırılması təklif edilib, ancaq bu ad hələlik dəqiqləşməyib. “İslami Google Earth”ın məqsədi “Google Earth” və “Wikipedia” xidmətləri kimi qazanc əldə etmək deyil. Məqsəd dünya xalqını həqiqətə doğru istiqamətləndirməkdir”.
URL / WWW
http://kelam.az/article/a-7899.html