Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » İslam dünyası gənc klassik musiqi ifaçılarının ikinci Beynəlxalq festival-müsabiqəsi keçiriləcək
09.04.13 16:26

Aprelin 23-dən 26-dək Bakıda İSESCO-nun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və “Kainat” Gənclik Mərkəzinin birgə təşkilatçılığı ilə İslam dünyası gənc klassik musiqi ifaçılarının ikinci Beynəlxalq festival-müsabiqəsi keçiriləcək. 
Müsabiqə iki yaş qrupu üzrə instrumental ifaçı-musiqiçilər arasında keçirilir. Kiçik yaş qrupu 15 yaşadək, böyük yaş qrupu isə 15-dən 20 yaşadəkdir.
Aprelin 9-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında müsabiqənin Azərbaycandan olan ifaçıları arasında böyük yaş qrupu üzrə seçim turu başlamışdır.
Festivalın münsiflər heyətinin sədri Xalq Artisti, BMA-nın prorektoru Yeganə Axundovadır.
URL / WWW
http://kelam.az/article/a-7898.html