Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Margaret Tetçerin xatirəsi əbədiləşdiriləcək
09.04.13 15:44

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis etdiyi Beynəlxalq Mükafatın sonuncu sahibi olan Böyük Britaniya Krallığının sabiq Baş Naziri, Baronessa Margaret Tetçerin vəfatı ilə bağlı idarə heyyətinin üzvləri tərəfindən başsağlığı göndərilib.
Başsağlığında Ledi Margaret Tetçerin həm ölkəsinin inkişafı və xalqının rifahının yüksəlməsi, həm də dövlətlərinin həmrəyliyi istiqamətində mühüm işlər gördüyü qeyd olunur: 
“İnanırıq ki, onun əziz xatirəsi Böyük Britaniya xalqının yaddaşında və bəşər tarixində əbədi qalacaq. Bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə və bütün Böyük Britaniya Krallığının xalqına dərin hüznlə başsağlığı veririk.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının May ayında Azərbaycanda keçiriləcək ali toplantısı zamanı Ledi Margaret Tetçerin xatirəsinin əbədiləşdirilməsi üçün xüsusi tədbirində keçirilməsi qərara alınıb”.
URL / WWW
http://kelam.az/article/a-7897.html