Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İtaliya parlamenti Dağlıq Qarabağla bağlı qətnamə qəbul edib
18.02.10 03:38

İtaliya parlamenti “Cənubi Qafqazda situasiya” ilə bağlı qətnamə qəbul edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli verib. A.Kərimli bildirib ki, İtaliya parlamenti qəbul etdiyi qətnamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyib. Onun sözlərinə görə, İtaliya parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıldıqdan sonra müvafiq qətnamə qəbul olunub. Qeyd edək ki, İtaliya Avropa ölkələri arasında Almaniyadan sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edən ikinci dövlətdir.
URL / WWW
http://kelam.az/article/a-789.html