Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Zakir Qaralov Türkiyə və Fransalı həmkarlarına müraciət etdi
01.04.13 22:27

24 fevral 2013-cü il tarixdə Ankara şəhərində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı keçirilmiş aksiya zamanı bir qrup ermənipərəst şəxsin hücumuna məruz qalmış tədbir iştirakçılarından 7 nəfəri xəsarət alıb. “Azadinform” xəbər verir ki, bundan başqa, cari il fevralın 26-da Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov da erməni diasporunun üzvləri tərəfindən döyülərək onlara bədən xəsarətləri yetirilib.
Azərbaycan Respublikasının Baş prokuroru erməni diasporu və ermənipərəst qüvvələrin bu hüquqazidd əməllərini qəti şəkildə pisləyərək Türkiyə və Fransa hüquq mühafizə orqanlarından hadisələrin obyektiv və şəffaf şəkildə araşdırılmasının, təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunmalarının təmin edilməsi üçün Türkiyə Respublikasının Yarqıtay Baş prokuroruna, Fransa Respublikasının Ali Məhkəməsi yanında Baş prokuroruna və Paris Apelyasiya Məhkəməsi yanında Baş prokuroruna müraciətlər edib.
URL / WWW
http://kelam.az/article/a-7885.html