Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Şuşa və İrəvan məscidlərində ermənilərin heyvan saxlaması ilə bağlı etiraz bəyanatı göndərilib
30.03.13 16:52

“Şuşa və İrəvan məscidlərində ermənilərin heyvan saxlaması, digər qeyri-etik hərəkət etmələri ilə bağlı onların dini rəhbərinə dəfələrlə xəbərdarlıq olunub və etiraz bəyanatı göndərilib”. Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin iqtisadi məsələlər üzrə müşaviri Fuad Nurullayev deyib. F. Nurullayev bildirib ki, ermənilər lənətə layiqdirlər ki, Şuşa və digər məscidləri söküblər və məsciddə heyvan da saxlayırlar. 

“Bununla bağlı olaraq onların dini rəhbərinə xüsusi müraciətlər və narazılıq bildirilib. Dəfələrlə bu məsələ qaldırılıb. Ermənilərin məscidlərə etdikləri hörmətsizliklərlə bağlı onların dini rəhbərlərinə xəbərdarlıq olunub və bəyənatlar verilib”.

Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Azərbaycan-Ermənistan dini rəhbərlərinin görüşünə gəlincə, QMİ sədrinin müşaviri belə görüşlərin olduğunu və bundan sonra da olacağını bildirib. Onun sözlərinə görə, bu yaxınlarda QMİ-nin konfransı olacaq və həmin konfransda da Qarabağ məsələsi qaldırılacaq.

“Gürcüstanda olan görüşdə şeyx onların dini rəhbəri ilə görüşdü. Bu görüş də Qarabağ məsələsi ilə bağlı idi. Ermənistanın da dini rəhbərinin olduğu Rusiyadakı konfransda şeyx Qarabağ məsələsinin həll olunması ilə bağlı təşəbbüs göstərib. Şeyx çalışır ki, bu məsələdə din nümayəndələrinin də rolu olsun. Hər zaman belə görüşlər olur. QMİ-nin yeni konfransı olmalıdır, bu konfransda da həmişə olduğu kimi Qarabağ məsələsi əsas yer tutacaq. Şeyx dəfələrlə bu işə Rusiya din rəhbərliyinin də qatılmasına çalışıb. Bütün varlığı ilə çalışır ki, onlar bu məsələyə müdaxilə eləsin və səylərini əsirgəməsinlər. Şeyx dəfələrlə bu təşəbbüsü aparıb və yenə də bunu aparır”, – deyə R.Nurullayev vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-7880.html