Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident yeni təyin olunmuş səfiri qəbul edib
28.03.13 19:57

Bu gün Prezident İlham Əliyev Qazaxıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amangeldi Jumabayevin etimadnaməsini qəbul edib. Amangeldi Jumabayev etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Səfir Amangeldi Jumabayev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin salamlarını dövlətimizin başçısına çatdırıb. 
Ölkəsinin Prezidentinin Azərbaycan ilə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə böyük önəm verdiyini vurğulayan qazaxıstanlı diplomat əlaqələrimizin bundan sonra da möhkəmləndirilməsində səylərini əsirgəməyəcəyini deyib.
Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayan dövlət başçısı ölkələrimizin yaxın qonşu, dost və tərəfdaş olduğunu deyib. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Son illər ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycanın da Qazaxıstan ilə əməkdaşlığın daha da genişləndirilməsinə böyük əhəmiyyət verdiyini deyib.
Dövlət başçısı Prezident Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.

URL / WWW
http://kelam.az/article/a-7875.html